
Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir
10:19 13.06.2025
Siyasət
496
2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Bu sənəd ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir.
Bu sözləri “Sherg.az”a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələri tarixə, eyni soykökə bağlılığa, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır:

“Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” kəlamı münasibətlərimizin əsasında dayanır. Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişafına nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri çox mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Hər iki ölkənin rəhbərliyinin sıx münasibətləri xalqlarımız və dünya üçün də nümunədir”.
Ölkələr arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalandığını söyləyən S.Salmanova bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında imzalanmış yüzlərlə sənədin ən stratejisi, ən möhkəm hüquqi əsaslı və gələcəyə yönəlik olanıdır:
“Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanmış bu sənəd, iki ölkə arasında müttəfiqlik münasibətlərinin rəsmi şəkildə tanınması və qanuniləşdirilməsi deməkdir. Şuşa Bəyannaməsi yalnız bir siyasi sənəd deyil – tarixə yazılmış and, gələcəyə verilmiş sözdür. Bu sənəd iki xalqın taleyini daha da yaxınlaşdırmaqla yanaşı, regionda sülh, sabitlik və tərəqqiyə xidmət edən bir siyasi iradənin təcəssümüdür”.
Parlamentari vurğulayıb ki, Şuşa Bəyannaməsində təhlükəsizlik, müdafiə sənayesi, qarşılıqlı hərbi yardım, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq geniş şəkildə əhatə olunub:
“Bu sənəd, eyni zamanda regionda sülhün və sabitliyin təmin olunmasına yönəlib. Bəyannamənin hərbi hissəsində iki ölkənin orduları arasında qarşılıqlı fəaliyyət, birgə təlimlər və informasiya mübadiləsi kimi önəmli bəndlər yer alıb. Şuşa Bəyannaməsinin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Azərbaycan və Türkiyə hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir”.
S.Salmanova onu da bildirib ki, Şuşa Bəyannaməsinin məhz Şuşada imzalanması təsadüfi deyil:
“44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Şuşa Azərbaycan xalqının milli qürurunun və dirçəlişinin simvoluna çevrilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və bu tarixi sənədin orada imzalanması, Şuşanın həm tarixi, həm də strateji baxımdan daşıdığı əhəmiyyəti bir daha təsdiqlədi”. Deputat onu da qeyd edib ki, hazırda milli maraqlara və müasir çağırışlara əsaslanan birgə fəaliyyətimiz və ortaq təşəbbüslərimiz ölkələrimizə inkişaf, regiona isə firavanlıq və sabitlik vəd edir, Türk dünyası üçün parlaq perspektivlər yaradır: “Bütün bu reallıqlar Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”.
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir
01:41 26.09.2026
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib
22:58 25.09.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya