“Əlbəttə, müxalif mövqeyi təmsil etmək olar. Bu, demokratiyanın göstəricisidir. Ancaq müxalifətçilik hansısa partiyaya, quruma, onların siyasətlərinə qarşı olmalıdır. Ümumilli, taleyüklü məsələlərdə isə bu cür mövqelər sərgilənməməlidir. Zənnimcə, Azərbaycan xalqı bunu miilm Şuraya bağışlamayacaq”.
“Azərbaycan xalqı bunu “Antimilli Şura”ya bağışlamayacaq”- Bəhruz Quliyev
Banuçiçək Kalbalıyeva
13:11 30.06.2020
Siyasət
732
Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətini tənqid etməsi ilə əlaqədar Ermənistan mediası, Milli Şuranın rəhbərləri və xaricdə yaşayan bəzi fəallar müəyyən iddiallarla çıxış edirlər. Onlar bildirirlər ki, Ermənistan hakimiyyəti haqqına Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər Azərbaycan hakimiyyətinin özünə aiddir. Milli Şuranın sədri Cəmil Həsənli, bu qurumda təmsil olunmuş digər fəallar, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi şəxslər özlərinin antimilli siyasətlərindən əl çəkmirlər. Onlar Ermənistan işğalçı siyasətini dəstəkləməkdən, hətta vətənlərini ləkələməkdən də çəkinmirlər. Milli Şuranın son videokonfransında yayılan görüntülərdə açıq şəkildə bildirilir ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini dəstəkləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiş etdirir.
Məsələ ilə bağlı “Sherg.az”a danışan “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyevin fikrincə, bu, o qədər təəccüblü deyil:
“Milli Şuaradan başqa hərəkət gözləmək olmaz. Onlar tarixən antimilli mövqelərinə sadiq olublar. Ən önəmli tədbirlər, o cümlədən seçkilər zamanı Milli Şura üzvləri öz xislətlərini ortaya qoyublar. Odur ki, mən bu qurumu Antimilli Şura adlandırıram. Çünki Şura üzvlərinin imkanları olsa, hətta Dağlıq Qarabağ kimi ümumilli məsələdə belə, Azərbaycan əleyhinə kampaniya yürüdərlər”.
Onun sözlərinə görə, Milli Şuranın narazılığı onun mövqeyindən xəbər verir:
“Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Ermənistan isə cılızlığı ilə seçilir.
Düşmən dövlətin baş naziri Nikol Paşinyan küçə müxalifətindən hakimiyyətə gəldi. Və hakimiyyətə gələn kimi də müxalifət nümayəndələrinə qarşı çıxdı. İndi bütün Ermənistan camaatı Paşinyanın və onun ailəsinin korrupsiya əməllərindən danışır.
Beynəlxalq ictimaiyyət də Ermənistanı yaxşı tanıyır. İndi Azərbaycan hakimiyyəti əgər Ermənistanı tənqid edirsə, bu, qəbahət deyil. Qəbahət Milli Şuranın reaksiyalarındadır. Şura üzvləri keçirdikləri narahatlıqla ermənipərəst qüvvələrlə iş birliyində olduqlarını təsdiqləyirlər”.
B.Quliyevin fikrincə, Milli Şura fəaliyyətini dəyişməlidir:
“Əlbəttə, müxalif mövqeyi təmsil etmək olar. Bu, demokratiyanın göstəricisidir. Ancaq müxalifətçilik hansısa partiyaya, quruma, onların siyasətlərinə qarşı olmalıdır. Ümumilli, taleyüklü məsələlərdə isə bu cür mövqelər sərgilənməməlidir. Zənnimcə, Azərbaycan xalqı bunu miilm Şuraya bağışlamayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm