Azərbaycan XİN Ermənistanla münasibətlərin normallaşmasının şərtini açıqlayıb
Yusif Nəzərli
15:50 02.03.2022
Siyasət
563
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.
Adel İbrahim Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bölgədə dayanlıqlı sülhün təmin olunmasının tərəfdarı olduğunu vurğulayıb.
O, Azərbaycana həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu edib və bu xüsusda, səfir azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq layihələrinə Misir şirkətlərinin cəlb edilməsi məsələsinə toxunub. O, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, turizm və s. əməkdaşlığın uğurla həyata keçirildiyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya