Azərbaycanda ideoloji boşluq var və bu boşluğu İran doldurur
Yusif Nəzərli
09:14 02.10.2021
Siyasət
427
"İstənilən xarici dövlətə rəğbət bəsləyərək Azərbaycana “meydan oxuyan” hər kəsə həddi bildirilməlidir"
“Qonşu İran dövlətinin Azərbaycana münasibətdə davranışları dostyana deyil”. Bunu “Şərq”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. İranın son günlər ölkəmizə qarşı sərgilədiyi qərəzli ritorikanı dəyərləndirən ekspertin sözlərinə görə, bəzən Tehran hökuməti islam həmrəyliyindən kənara çıxaraq düşməncə mövqe sərgiləyir. A.Həsrət vurğulayıb ki, İranın bizə münasibətini İkinci Qarabağ müharibəsində əyani surətdə gördük: “Tehranın mövqeyi müharibədən öncə də belə idi.
Savaş bitdikdən sonra da baxış tərzi dəyişmədi. İranın ayrı-ayrı din xadimləri, üzdə olan şəxsləri Azərbaycan dövləti və xalqı ilə bağlı qəbuledilməz ifadələr işlətdilər. İnsanlar arasında təfriqə salmağa çalışdılar. İranın niyyəti, xəbisliyi bizə məlumdur. Məsələ ondadır ki, Azərbaycanın daxilində də bəzi şəxslər Tehranın davranışları ilə həmahəng mövqe ortaya qoyurlar. Hətta şəhid məzarları üzərində İran təbliğatı aparan, dövlətimizə diş qıcayan “azərbaycanlılara” rast gəlirik. Ölkəmizdə bu cür düşünən insanların olması narahatlıq doğurur. Bu, içimizdəki ən böyük və ciddi təhlükələrdən biridir. Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti ilə bağlı məlumatımız var. Amma hesab edirəm ki, bütün dövlət qurumları bu məsələdə səfərbər olmalıdır. Azərbaycanda ideoloji boşluq var və bu boşluğu İran doldurur. Özəlliklə cahil kəsimə xitab edərək onları öz tərəflərinə çəkirlər. Həmin adamlar da “islam dini” adı altında İranın çaldığına oynayır, tərəddüd etmədən dövlətimizə və xalqımıza arxa çevirirlər. Əgər bir vətəndaş öz ölkəsinin maraqlarına qarşı çıxaraq başqa bir dövlətə aşırı rəğbət bəsləyirsə, onun içində Vətənə xəyanət rüşeymləri cücərməkdədir”.
A.Həsrətin qənaətincə, ictimaiyyətdəki ideoloji boşluğu doldurmaq üçün təcili tədbirlər görülməlidir:
“İstənilən xarici dövlətə rəğbət bəsləyərək Azərbaycana “meydan oxuyan” hər kəsə həddi bildirilməlidir. Bunu “islam dini”, yaxud başqa ad altında həyata keçirmələrinin heç bir fərqi yoxdur. Dövlətin mənafeləri hər şeydən öndədir. Cəmiyyətimiz də həmin şəxslərə yerlərini göstərməlidir. Demirəm ki, küçədə tutub onları döyək. Sadəcə ictimai qınaq güclü olmalıdır. Beyni yuyulmuş kəsim Azərbaycan üçün ciddi təhdid deməkdir. Hamımız əl-ələ verərək bu təhlükənin qarşısını almalıyıq. İllərdir İran təhlükəsi ilə bağlı həyəcan təbili çalırıq. Xüsusən, “din” adı altında ölkəmizdəki ekspansiyadan narahatlığımızı ifadə edirik. Əfsuslar olsun ki, tədbirlər vaxtında və lazımi səviyyədə görülmür. O səbəbdən şəhidlərimizin məzarları başında dövlətin maraqlarına zidd bəyanatlar verənlər üzə çıxır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm