Azərbaycanda seçki ilə bağlı şikayətlərə baxılması qaydası açıqlanıb
Yusif Nəzərli
07:35 08.01.2024
Siyasət
348
"Məhkəmələr həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərində öz üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır".
Sherg.az "Report"-a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, bu sahədə münasibətləri tənzimləyən Seçki Məcəlləsi ölkədə seçkilərin təşkili və keçirilməsinin əsas qaydalarını müəyyən edir:
"Seçki Məcəlləsində həm də seçki qanunvericiliyinin güman olunan pozulması hallarında məhkəmələrə müraciət edilməsi ilə bağlı çoxsaylı hüquqi imkanlar öz əksini tapıb. Məcəllə ilk öncə seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət vermək hüququ olan şəxslərin əhatə dairəsini müəyyən edir. Bu şəxslərin dairəsinə - seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları aiddir".
İ.Kərimov onu da qeyd edib ki, şikayət hüququnun reallaşdırılması iki imkanı nəzərdə tutur - inzibati şikayət və məhkəməyə şikayət verilməsi:
"Dairə seçki komissiyasının qərarından ilk öncə Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, məhkəməyə şikayət edilə bilər.
Maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə