Azərbaycanın Türkiyədəki səfiri etimadnaməsini Ərdoğana təqdim edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Azərbaycan səfiri Rəşad Aslanovu qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” hesabında məlumat verilib.

Qəbul zamanı səfir Rəşad Aslanov etimadnaməsini Prezident Ərdoğana təqdim edib.