
Bakının tələbləri qəbul olunur
Yusif Nəzərli
01:42 17.12.2021
Siyasət
800
Paşinyan Azərbaycanla razılaşmanın ən doğru yol olduğunu ölkəsində də söylədi
"Əlbəttə, baş nazir qərarları öz iradəsi ilə vermir və bəlli dairələrdən təlimatlar alır"
Brüsseldən Ermənistana qayıdan Nikol Paşinyan hökumətin iclasında Azərbaycanla razılaşmalardan danışıb. Baş nazir bildirib ki, rəsmi Bakı ilə razılaşmalar regionun simasını dəyişə bilər: “Azərbaycan Prezidenti İlham Əliyev ilə dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmalar onların icrası zamanı regiondakı siyasi, iqtisadi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək. Razılaşmaları qiymətləndirməmək mümkün deyil. Bu, mühüm razılaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə yerinə yetirəcəyik”.
Paşinyan qeyd edib ki, Prezident İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub: “Yaxın vaxtlarda bu məsələnin həllinə köklənmək lazımdır. Onu da bildirim ki, gündəlikdəki ikitərəfli məsələlər barədə təmasların Azərbaycan Prezidenti İlham Əliyevlə davam etdirilməsi barədə razılıq əldə edildi. Tərəflər ümumi yanaşma və baxış bucağı formalaşdırmaq, həmçinin fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar”.
Xatırladaq ki, Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə belə halın baş vermədiyini müsbət qiymətləndirən dövlət başçısı Ermənistana qarşı fikir səsləndirmədiyini qeyd edib. Ölkə rəhbəri bəyan edib ki, bu, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir.
Bir sıra ekspertlərin fikrincə, bundan sonra liderlərin görüşü intensivləşəcək və bu da müəyyən məsələlərdə kiçik də olsa irəliləyişə səbəb olacaq.

Paşinyanın mövqeyini “Şərq”ə təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərdən sonra verdiyi açıqlamalar ümumi prosesin mahiyyətini ortaya qoyur. Analitik bildirib ki, Brüssel görüşündən sonrakı mərhələdə tərəflər arasında təmaslar intensiv hal alacaq:
“Brüssel görüşü bir neçə vacib məqamı gündəmə gətirdi. Birincisi, bəlli oldu ki, Azərbaycan-Ermənistan münasibətlərində və problemlərin çözülməsində Rusiya dominant deyil. Paşinyan həm də Qərb ölkələrinin maraqlarını nəzərə almağa və onların fikirləri ilə hesablaşmağa çalışır. İkincisi isə regionda yeni münasibətlər sistemi qurulur və rəsmi Bakının tələbləri qəbul olunur. Zəngəzur dəhlizinin açılması yönündə atılan addımlar, dəmir yolu ilə bağlı konkret anlaşma və pozitiv açıqlamalar bunu göstərir. Kommunikasiya ilə bağlı məsələlərin həllinin daha da sürətlənəcəyi gözləniləndir. Ondan sonra iqtisadi əlaqələrin qurulması mümkün olacaq. Əlbəttə, Nikol Paşinyan qərarları öz iradəsi ilə vermir və bəlli dairələrdən təlimatlar alır. Lakin Azərbaycan rəhbərliyinin uğurlu və qətiyyətli diplomatik gedişləri müsbət nəticəsini verməkdədir. Paşinyan komandası və erməni xalqı yaxşı başa düşür ki, bataqlıqdan qurtulmaq üçün yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm
ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək
09:31 04.05.2026
Gündəm