Bəşəriyyətin faciəsi: Ermənilər Xocalıda insanları türk olduqları üçün öldürüb
Fidan Həmişəyeva
14:14 26.02.2020
Siyasət
583
“Xocalı soyqırımı yalnız Azərbaycan türkləri ilə bağlı olan bir hadisə deyil. Əslində bu faciə bütün insanlığa qarşı törədilən böyük bir beynəlxalq cinayətdir”. Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Analitikin sözlərinə görə, 1992-ci il fevralın 26-da törədilən soyqırım bütövlükdə türk etnosuna qarşı törədilən bir soyqırımdır:
“Çünki Xocalıda həm fiziki, həm də mənəvi cəhətdən öldürülən bütün insanlar məhz türk olduqları üçün öldürülüb. Bununla bağlı hətta Türkiyənin böyük millət məclisi bəyənat da verib. Təəssüf ki, bu bəyənatda hadisə qətliam olaraq dəyərləndirilir. Amma bu qətliam deyil, çünki Xocalıda həyatını itirənlər məhz türk olduqları üçün öldürülüblər. Məlumdur ki, bu fonda dırnaqarası erməni ziyalılarının açıqlamaları var. Erməni yazıçısı Zori Balayan bildirir ki, “şəxsən mən bir türk çocuğunun dərisini soydum”. Bütün bunlar birbaşa türk düşmənçiliyini göstərir.
Xocalı faciəsi təkcə Azərbaycan türklərinə deyil bütün türk xalqlarına qarşı törədilən bir cinayət olduğu üçün bu hadisədə bütün türklər həssas olmalıdırlar. Bu hadisə təkcə türkdilli ölkələrin parlamentlərində deyil, türk xalqları olan bütün toplumlarda ictimailəşdirilməlidir. Harada bir türk yaşayırsa, bu olanları mütləq mənada beynəlxalq arenada işıqlandırmalıdır. Məlumdur ki, bütün etnoslar bu cür faciəvi hadisələr fonunda birləşə bilirlər. Ona görə də bu gün Xocalı soyqırımı bütün türk ulusu üçün birləşdirici amil olmalıdır. Çünki adətən özünü müdafiə instinkləri məhz belə hadisələrdə bütün parçaların bir araya gəlməsinə xidmət edir. Bütün türk ulusu artıq özünə qayıtmalı və yenidən özünü təşkil etməlidir. Təbii ki, bu məsələ həm ideloji, həm mənəvi- psixoloji, həm də tarixi anlamda ictimailəşməlidir. Lakin təəssüf ki, bu proses çox ləng gedir. Düşünürəm ki, bu məsələni həm Türkiyə, həm də Azərbaycan həm də bütün türk dövlətləri adına sürətləndirməyə ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm