
Bizi qorxudur... - Mülki ermənilərin silahlandırılmasının iki mümkün səbəbi var
Yusif Nəzərli
08:24 17.02.2022
Siyasət
1026
Xankəndidəki separatçı-terrorçu rejimin “parlamenti” “işğal olunmuş ərazilər haqqında” qondarma “qanun layihəsi”ni birinci oxunuşda qəbul edib. Qondarma “qanun”a Şuşa, Xocavənd, Ağdərə, Hadrut, Əsgəran, Laçın, eləcə də Goranboy və keçmiş Xanlar rayonu daxildir. Terrorçu rejimin “qanunu” praktiki olaraq əhəmiyyətsizdir. Separatçıların özləri də praktikada necə tətbiq edəcəklərini bilmədiklərini deyir. Lakin qondarma “qanun”dan Qarabağın “statusu” məsələsində istifadə etmək istədikləri bəllidir.
Bunun fonunda separatçılar hərbi müstəvidə də fəaliyyətini genişləndirir. Separatçı rejim Qarabağda mülki ermənilərin də silahlandırılması istiqamətində işləyir. Qondarma “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanın təşəbbüsü ilə mülki ermənilər hərbi təlimlərə cəlb olunacaq. Fevral-may ayları olmaqla 3 ay davam edəcək təlimlərdə atəş hazırlığı üzrə dərslər keçiriləcək.

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə vurğulayıb ki, mülki ermənilərin silahlandırılmasının iki mümkün səbəbi var. Analitikə görə, separatçılar silahlı dəstələrdə canlı qüvvə çatışmazlığını bu yolla aradan qaldırmaq istəyir: “Mülki ermənilərin gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul etməsi perspektivinin qarşısı alınır.
“Təlimlərin” önümüzdəki 3 ay müddətində nəzərdə tutulması isə separatçıların cari dövrə hazırlaşdığından da xəbər verir. Mümkündür ki, terrorçu rejim Azərbaycanın hərbi müstəvidə ata biləcəyi addımların qorxusu ilə silahlı dəstələrini gücləndirir. Lakin qondarma “qanunun” qəbulu və azad olunan ərazilərin yenidən işğal edilməsi planı separatçı-terrorçu rejimin “təlimlər” zamanı, xüsusilə yaz-yay aylarında Azərbaycan Ordusunun hazırda dayandığı mövqelərə təxribat hücumları həyata keçirə biləcəyini də istisna etmir.
Erməni əhalinin silahlanması və mümkün təxribatlara qoşulması “əhali öz müqəddəratını təyin etmək istəyir” məsələsinin aktullaşmasına şərait yarada bilər. Bu, rusların da “təhlükəsizliyi qorumaq” adı ilə bölgədə qalması imkanlarını artırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm