
BRICS Asiya bölgəsi üçün də vacibdir
12:55 14.09.2024
Siyasət
428
Çin-Hindistan münasibətlərinin normallaşması Rusiyanın da maraqlarına cavab verir
Rusiyanın Sankt-Peterburq şəhərində 11-12 sentyabr tarixlərində BRICS-ə üzv və təşkilata tərəfdaş ölkələrin Təhlükəsizlik Şurasının katiblərinin görüşü keçirilib. Toplantıda üzv ölkələrin terrora və transmilli cinayətkarlığıa qarşı birgə mübarizə üsulları müzakirə olunub. Toplantıda üzv və tərəfdaş ölkələr qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparıblar. BRICS-in zirvə toplantısı oktyabr ayında Rusiyanın Kazan şəhərində keçiriləcək. Təşkilata üzv olmaq istəyən dövlətlərin sayı artıb. Türkiyə və Azərbaycan da təşkilata üzv olmaq istəyirlər.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə xarici və təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır. Ekspertə görə, Çin və Hindistandan başlayan nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycanın da BRICS və Şanxay Əməkdaşlıq Təşkilatına marağı anlaşılandır:

"Sankt-Peterburqdakı toplantı çərçivəsində ikitərəfli görüşlər də keçirib. Çinin xarici işlər naziri Vanq Yi Hindistanın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Dovalla görüşüb. Müzakirələr zamanı iki ölkə arasında sərhədyanı ərazilərdə sülh və əmin-amanlığın qorunması, həmçinin ikitərəfli münasibətlərdə normallaşmanın davamının vacibliyi vurğulanıb. Tərəflər mübahisəli məsələlərin həlli üçün səylərini artıracaqlarını vəd ediblər. Hindistan və Çin xarici işlər nazirlikləri nəzdində Məsləhətləşmə və Koordinasiya üçün İş Mexanizmi vasitəsilə gərginliyi azatlmağa çalışacaqlar".
Siyasi şərhçi vurğulayıb ki, Çin-Hindistan münasibətlərinin normallaşması Asiya bölgəsi üçün də vacibdir: "Çünki iki ölkə arasında münasibətlər gərginləşəndə, sərhəddə toqquşmalar olanda, bu, bölgə ölkələrinin xarici və təhlükəsizlik siyasətinə də mənfi təsir edir. Digər tərəfdən, Çin və Hindistan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olduqlarından münasibətləri normallaşdırmağa çalışmalıdırlar. Bu, Rusiyanın da maraqlarına cavab verir. Əks halda üzv dövlətlər arasında gərginlik BRICS və Şanxay Əməkdaşlıq Təşkilatını içəridən zəiflədə bilər. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan təmsilçiləri ilə ayrılıqda görüşüb. Putin Pekinlə Dehli arasında dialoqun genişlənməsində şəxsən maraqlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət