Brüssel görüşündən gözləntilər: Vasitəçilik Rusiyadan Aİ-yə keçəcək? – ŞƏRH
Yusif Nəzərli
10:26 14.12.2021
Siyasət
1091
Bu gün də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ)Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Görüş “Şərq Tərəfdaşlığı” proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində baş tutacaq.
Əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq.
Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq.
Sonra isə liderlər arasında üçtərəfli görüş keçiriləcək.
Maraqlıdır , rəsmi Bakının Brüssel görüşündən başlıca gözləntiləri nələrdir?
Sualımızı cavablandıran siyasi analitik Turab Rzayev “Sherg.az”a görüşdən bəzi pozitiv məqamların ortaya çıxa biləcəyini deyib:
"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu görüşün baş tutmasında xüsusi səyi var. O bundan əvvəl də tərəfləri ümumi ortaq müzakirəyə dəvət etmişdi. Məncə, Avropa İttifaqı bu məsələdə müsbət rol oynaya bilər. Aİ müharibə dövründə bəzi, xüsusilə, ermənipərəst qüvvələrin təsiri ilə daha çox Ermənistan tərəfindən çıxış edirdi. Ancaq müharibədən sonra biz mövqeyin yenidən dəyişdiyini, daha çox sülhə, birgə yaşayışa, iqtisadi və siyasi əməkdaşlığa yönələn çağırışların şahidi olduq" .
Siyasi analitik Avropa İttifaqının Ermənistan-Azərbaycan məsələsinə bu cür yanaşacağı təqdirdə hər iki ölkənin arasında sülh və iqtisadi əməkdaşlığın yarana biləcəyini söyləyib:
"Tərəflər artıq müharibədən uzaqlaşıb sülh müqaviləsi bağlaya bilər. Belə olduqda onların Aİ ilə arasında olan inteqrasiya problemləri də həll olunar. Onunla daha çox yaxınlaşa bilərlər. Məhz bu faktorları nəzərə alaraq düşünürəm ki, bu görüşdə müsbət nəticələrin əldə edilmə ehtimalı var" .
T. Rzayev bu məqamda Rusiyanın roluna toxunub:
"Rəsmi Moskva münaqişənin tamamilə öz daxilində qalmasını istəyir. Çalışır ki, kənar qüvvələr münaqişə tərəflərinə təsir göstərə bilməsin. Məhz ona görə də 26 sentyabrda baş tutan Soçi görüşü Brüssel görüşündən öncə Rusiyanın məcburi olaraq Paşinyanı Soçiyə aparması üçün təşkil edildi. Paşinyan artıq vasitəçiliyin Rusiyadan Avropa İttifaqına keçməsini istəyir. Bununla bağlı xatırlayırsızsa Şarl Mişelə müraciət etmişdi Avropa rəhbərliyi artıq bundan sonra həm Azərbaycan, həm Ermənistanın bir-birilə sülh və əməkdaşlıq şəraitində yaşamasını ortaq bir nöqtəyə gəlməsini istəyirlər" .
Analitik Avropa İttifaqının bu işdə həqiqətən səmimi olacağı təqdirdə ortaya müsbət nəticələrin çıxa biləcəyini vurğulayıb:
"Yox əgər yenə də bəzi Avropa ölkələri kimi neytral mövqedən, sülhdən, əməkdaşlıqdan danışıb əslində Ermənistanın maraqları müdafiə ediləcəksə o zaman əlbəttə ki, real nəticə əldə etmək mümkün olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq