Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb
Yusif Nəzərli
15:14 29.10.2021
Siyasət
818
Oktyabrın 29-da xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Avropa Regional Bürosunun direktor müavini Angela Li Rosinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə, həmçinin Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov iştirak edib.
Görüş zamanı 24-29 oktyabr 2021-ci il tarixlərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə A. Li Rosinin başçılığı ilə həyata keçirilən BMTQAK missiyasının nəticələri müzakirə edilib.
Bildirilib ki, A. Li Rosi BMTQAK-a Azərbaycan tərəfindən göstərilən dəstəyə və yüksək səviyyəli əməkdaşlığa görə təşəkkürünü ifadə edib. O, səfərin məqsədinin məcburi köçkünlər və qaçqınların geri qayıdışının şərtlərinin və perspektivlərinin, habelə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda BMTQAK üçün nəzərdə tutulan rolun konkret aspektlərinin müzakirə edilməsi olduğunu bildirib.
Missiyanın Ağdam, Tərtər, Bərdə, Füzuli, Cəbrayıl və Zəngilana səfər etdiyini və Azərbaycan qarşısında bu ərazilərin bərpası ilə əlaqədar duran vəzifənin miqyasını öz gözləri ilə gördüklərini bildirən A. Li Rosi, dağıntılar və mina ilə çirklənmənin yüksək olmasına baxmayaraq, hökumət tərəfindən sürətlə həyata keçirilən bərpa işlərinin təqdirəlayiq olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov ölkəmizdə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış geniş miqyaslı məcburi köçürülmə problemi barədə qonaqlara məlumat verərək, məcburi köçkünlərin adam başına düşən sayına görə dünyada ilk yerlərdən birini tutan Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində görülmüş işlər barədə qonaqlara məlumat verib.
Humanitar təşkilatların ölkəmizdəki fəaliyyətinə yaradılmış şəraitdən bəhs edən nazir, Azərbaycanın BMTQAK-la əməkdaşlığa önəm verdiyini, bu təşkilat tərəfindən 1990-cı illərdə qaçqın və məcburi köçkünlərə göstərilən yardımın unudulmadığını vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi barədə qonaqları məlumatlandıran Ceyhun Bayramov, ötən ilin noyabrından bəri Azərbaycanda 167 şəxsin mina qurbanına çevrildiyini, onların içində öz doğma torpaqlarını görməyə səbirsizlənən məcburi köçkünlərin olduğunu və mina xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsinin məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün önəmli olmasını vurğulayıb.
Görüşdə tərəflər, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar, avtomobil və dəmir yollarının, infrastrukturun sürətli bərpası, “ağıllı kənd” modeli əsasında bərpa edilən kəndlər və Füzuli şəhərində qısa müddətdə beynəlxalq hava limanının inşa edilməsi müzakirə edib, məcburi köçkünlərin öz doğma torpaqlarına ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək üçün əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət