Çin Rusiyanın məğlubiyyətinin qarşısını almağa çalışır - İlyas Hüseynov
Yusif Nəzərli
13:21 14.08.2023
Siyasət
533
Çinin müdafiə naziri Li Şanfu Rusiya və Belarusa səfər edəcək.
Bu barədə xarici KİV məlumat yayıb. Səfərlərin bu gündən avqustun 19-dək baş tutacağı bildirilib.
Qeyd olunub ki, nazirlərin ikitərəfli məsələləri, o cümlədən Ukraynadakı müharibəni müzakirə edəcəkləri gözlənilir.
Rusiya-Ukrayna müharibəsi fonunda Çinin kifayət qədər aktiv fəaliyyət göstərdiyini deyən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, rəsmi Pekinin nüvə klubuna daxil olması həm də dünyanın atom risklərinin minimallaşdırılması və bəşəriyyətin xilas edilməsi kimi xarakterizə olunur:
"Çünki Çin rəsmiləri tərəfindən dəfələrlə təhdidedici açıqlamalar eşitmişik. Çinin müdafiə naziri Li Şanfunun Rusiya və Belarusa səfər etməsi isə müharibənin hazırkı dövrü ilə əlaqəlidir. Ola bilsin ki, Çin öz istehsalı olan silahları Moskva və Minskə təqdim etsin. Bunun üçün artıq məsləhətləşmələrə gərək duyulur. Digər tərəfdən rəsmi Pekin Ukrayna müharibəsində Rusiyanın ağır məğlubiyyətinin qarşısını almağı düşünür. Çünki Çin növbəti hədəfin özü olacağından narahatdır. Yəni savaşda Ukraynanın qələbə qazanması, Qərb blokunun uğuru deməkdir. Yəni Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi, Şərqdə böyük gücə malik olan rəsmi Pekin üçün narahatlığa səbəb olur".
Analitik əlavə edib ki, Donald Tramp dövründə də ABŞ və Çin arasında iqtisadi müharibələr müşahidə edilirdi:
"Hətta onlar bir-birinə qarşı ağır ittihamlar səsləndirirdi. Bu isə münasibətlərin dalana dirənməsinə səbəb olmuşdu. Bu gün demokratların hakimiyyəti dövründə də Çin potensial təhlükə kimi nəzərdə tutulur. Yəni görünən odur ki, ABŞ öz geosiyasi maraqlarını təmin etmək baxımından Çini rəqib kimi tanıyır. Heç Amerika ictimai rəyində də rəsmi Pekinə qarşı münasibət birmənalı deyil. Xüsusilə Çindən ucuz işçi qüvvəsi hesabına böyük şirkətlərin cəlb edilməsi ABŞ-də kütləvi işsizliyi formalaşdırıb. Hətta böyük transmilli korporasiyalar müflis oldu və rəqabət davamlı olmadığı üçün bazardan çıxdı. Bu isə ictimai rəydə mənfi rezonans doğurub. Sözügedən hadisədən isə siyasi hakimiyyətlər seçkiqabağı kompaniyalarda istifadə edir. Ümumiyyətlə görünən odur ki, vəziyyətdən yararlanan Çin istehsal etdiyi silahlarını müharibəyə daxil etməklə iqtisadi divident əldə etməyə çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region