“Dağlıq Qarabağdakı ermənilər haqqında “xalq” sözünün işlədilməsi yolverilməzdir” - AKTUAL
Banuçiçək Kalbalıyeva
16:05 01.07.2020
Siyasət
865
"Orada yaşayanlar xalq yox, etnik qrupdurlar"
"Beynəlxalq hüquqa görə etnik qrupun öz müqəddatını həll etmək hüquq yoxdur"
“Ermənistan bir dəfə öz müqəddaratını həll edərək dövlət qurub, ikinci belə imkan qeyri-mümkündür”
“Otuz ildir, tərəflərin mövqeyi eynidir. Dağlıq Qarabağ problemi ilə bağlı tərəflər araında rəsmi müharibə elan olunmayıb. Münaqişəyə münasibət də fərqlidir. Azərbaycana görə, bu, dövlətlərin ərazi bütövlüyü məsələsidir. Ermənistan isə məsələyə xalqların öz müqəddaratını həll etmək prizmasından yanaşır”.
Bunu “Sherg.az”a Azərbaycan-Ermənistan XİN başçılarının dünən baş tutan görüşünü şərh edərkən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib. Ekspert qeyd edib ki, əslində Ermənistan üçün xalqların öz müqəddarını həll etmək hüququ illər əvvəl tanınıb:
“Sadəcə iş ondadır ki, hazırda orada yaşayanlar xalq yox, etnik qrupdurlar. Və beynəlxalq hüquqa görə etnik qrupun öz müqəddatını həll etmək hüquq yoxdur. Keçən il baş tutan Moskva danışıqlarına əsasən yeddi rayon Azərbaycana qaytarılmalı, sırf Dağlıq Qarabağ məsələsinin həll isə sonraya saxlanılmalı idi.
Eyni zamanda göstərilirdi ki, tərəflərdən başqa, digər ünsürlər, o cümlədən Dağlıq Qarabaqda yaşayan ermənilər münaqişəyə müdaxilə edə bilməzlər. Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağda yaşayan ermənilərin məsələyə qarışması və onlar haqqında “xalq” sözünün işlədilməsi yolverilməzdir. Ermənistan bir dəfə öz müqəddaratını həll edərək dövlət qurub, ikinci belə imkan qeyri-mümkündür”.
Xatırladaq ki, iyunun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə onlayn görüşü keçirilib. Ermənistan XİN-in görüşün yekunu barədə yaydığı açıqlamada Azərbaycanın “qeyri-konstruktiv bəyanatlarına” istinad olunur. Eyni zamanda, Qarabağ “xalq”ının təhlükəsizliyindən bəhs edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm