
Deputat: Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşıb
Yusif Sultanoğlu
04:15 15.11.2023
Siyasət
326
Bəzi ölkələrin bu yeni reallıqla barışmaması mümkündür, lakin bu ölkələr vəziyyəti dəyişmək gücündə deyil
Milli Məclisin iclasında Fransa hökumətinin atdığı addımlar da tənqid olunub. Deputatlar vurğulayıblar ki, Fransanın hərəkətləri regionda uzunmüddətli gərginlikdən sonra yaranmış sülhün əldə olunmasına, sabitlik və inkişafın təmin edilməsinə maneçilik törədir. Deputat Soltan Məmmədov deyib ki, Avropanın siyasi mərkəzlərindən səsləndirilən qərəzli bəyanatlar Cənubi Qafqaz xalqlarının mənafeyinə xidmət etmir. Onun sözlərinə görə, Fransanın Ermənistanı silahlandırmaq cəhdləri Cənubi Qafqazda sülh və təhlükəsizliyi təhdid edir. Bu cür təşəbbüslər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına maneə yaradır:

“Ermənistan hökuməti bir tərəfdən 3+3 platformasında iştirak edir, region problemlərinin bu bölgədə mövcud olan ölkələr arasında müzakirəsinə dair sənədə imza atır, digər tərəfdən isə Avropa İttifaqı, NATO kimi təşkilatların Cənubi Qafqaza təsirini artırmağa yönəlmiş addımlar atır. Biz bir daha görürük ki, Ermənistan tarixin dərslərindən lazımi nəticə çıxara bilmir. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə bərabər, vəziyyəti gərginləşdirməyə çalışır. Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını, sülh sazişini imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib. Belə olan halda Ermənistanın sürətlə silahlanmağa çalışması hansı məqsədə xidmət edir? Təəssüf ki, bəzi Avropa ölkələri, xüsusilə də Fransa bu prosesdə Ermənistana dəstək verir”. Deputat bildirib ki, Ermənistanın silahlandırılması, Avropanın siyasi mərkəzlərindən regionla bağlı səsləndirilən qərəzli bəyanatlar Cənubi Qafqazda yaşayan xalqların mənafelərinə xidmət etmir. O qeyd edib ki, regionda sülh və əməkdaşlığın alternativinin olmadığını ən yaxın illərin təcrübəsi sübut edib: “Lakin görünür, Ermənistana gizli və açıq dəstək verən bəzi ölkələr yaranmış yeni reallıqlarla barışmaq istəmir. Təəssüf ki, biz növbəti dəfə beynəlxalq münasibətlər sistemində hüququn və ədalətin deyil, ayrı-ayrı dövlətlərin maraqlarının daha təsirli rol oynadığını müşahidə edirik. Ermənistan hökuməti tarixdən nəticə çıxarmalı, revanşizmi təşviq edən tərəfdaşlarının, əslində, bu ölkəni yeni təhlükəyə sürüklədiyinin fərqində olmalıdır”. Soltan Məmmədov vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşıb. Bəzi ölkələrin bu yeni reallıqla barışmaması mümkündür, lakin bu ölkələr vəziyyəti dəyişmək gücündə deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm
Prezident Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:39 31.07.2026
Gündəm
Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
10:19 31.07.2026
Hadisə