Deputat: İTV-dəki debatlar mükəmməldir
07:21 18.01.2024
Siyasət
615
Ozamankı debatla indiki arasında əsas fərq siyasi mədəniyyətlə bağlıdır
“Debatı diqqətlə izləyən istənilən savadlı şəxs Zahid Orucla Fazil Mustafanın intellekt, strateji vizion, prosesləri dəqiq qiymətləndirmək və düzgün nəticə çıxarmaq bacarıqlarını dərhal hiss edər"
Məlum olduğu kimi, növbədənkənar prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat prosesi başlayıb. Prezidentliyə namizədlərin ödənişsiz olaraq təşviqat aparması üçün İctimai TV-də ilk debat da baş tutub. İlk debatın mövzusu "Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası" olsa da, 8 dəqiqə 57 saniyəlik çıxış imkanı əldə edən prezidentliyə namizədlər seçki platformalarını açıqlayaraq bir sıra vədlərini də gündəmə gətiriblər.
Millət vəkili Sahib Aliyev "Sherg.az"a bildirib ki, İTV-də prezidentliyə namizədlərin və onların vəkillərinin debatını izləyib.
Deputat vurğulayıb ki, 1992-ci ildə o da AzTV-də belə bir debata aparıcılıq edib:
"Ola bilər, ona daha çox baxan vardı, amma İTV-dəki qədər mükəmməl deyildi. Burada aparıcı faktoru da müəyyən rol oynayır. Murad Hüseynov təcrübəli və hazırlıqlı jurnalist olduğundan debatı tam seçki qanunvericiliyinə uyğun apardı. Jurnalistikada hələ ilk addımlarımı atdığımdan məndə bu o qədər uğurlu alınmırdı. Amma ozamankı debatla indiki arasında əsas fərq siyasi mədəniyyətlə bağlıdır. O zaman indiki siyasi mədəniyyət yox idi və ola da bilməzdi. İTV-dəki debatda da diqqətimi ilk növbədə çəkən məhz bu oldu. Debata baxandan sonra özlərini əsl müxalifət adlandıran bir çoxlarının niyə prezidentliyə namizədliklərini irəli sürmədiklərinin başqa bir səbəbi də üzə çıxdı. Çünki onlar təkcə indiki dövlət başçısının yox, digər namizədlərin də kölgəsində qalacaqdılar. Debatı diqqətlə izləyən istənilən savadlı şəxs Zahid Orucla Fazil Mustafanın intellekt, strateji vizion, prosesləri dəqiq qiymətləndirmək və düzgün nəticə çıxarmaq bacarıqlarını dərhal hiss edər".
Parlamentariyə görə, digər namizədlər xalqın böyük əksəriyyətinin kimə rəğbət bəslədiyini və seçkinin necə nəticələnəcəyinin yaxşı fərqindədirlər:
"Onlar seçkiyə daha çox xalqın, dövlətin gələcəyi baxımından reallaşmasını mühüm saydıqları məsələləri səsləndirmək üçün qatılıblar. Əslində, namizədlər də, elə xalq da yaxşı bilir ki, 7 fevral seçkisində hədəf bir nömrəli postdan çox xalqın son üç ildə qazandığı qələbənin əbədiliyinin təmin edilməsidir. Pafoslu təsir bağışlasa da, bu bir həqiqətdir və seçkiyə “Qalib Xalqın Qalib Lideri” şüarı ilə gedilməsi də bunun təsdiqidir. O da həqiqətdir ki, cənab İlham Əliyev üçün önəmli olan hakimiyyətin yox, bizi hələ çox zəfərlərə aparacaq yolun davam etdirilməsidir. O yolun adı isə Heydər Əliyev yoludur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual