
Deputat: Yüksək səviyyəli görüşlər Avropa-Azərbaycan arasında yeni əməkdaşlıq imkanlarına yol açır
12:38 16.05.2025
Siyasət
355
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa Ittifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.
Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər.
Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxunub. Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyib, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayıb.
Ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd edib. Dövlətimizin başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib.
Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpa olunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpa olunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub.
Avropa İttifaqı ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edilib.
Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrə toxunulub, bu sahədə də Avropa İttifaqı ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a bildirib ki, bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və yeni bir mərhələyə qədəm qoyub:

"Hər iki tərəf arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və enerji sahəsində tərəfdaşlıq münasibətləri sürətlə inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi məsələsində Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Ölkəmiz Avropa bazarına təbii qaz ixrac edən əsas mənbələrdən biri olmaqla yanaşı, həm də enerji marşrutlarının şaxələndirilməsi baxımından mühüm rol oynayır. Bu kontekstdə Avropa Komissiyasının nümayəndə heyətinin Bakıya son səfəri də xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı tərəflər arasında enerji, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Görüşlərdə həmçinin yaşıl enerji keçidi, iqlim dəyişikliyi ilə mübarizə və bərpa olunan enerji layihələrində birgə fəaliyyət imkanları da diqqət mərkəzində olub".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə planlaşdırılan görüşü isə qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi və strateji məsələlərin – xüsusilə regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır:
"Bu cür yüksək səviyyəli görüşlər Avropa-Azərbaycan tərəfdaşlığının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Həmçinin yeni əməkdaşlıq imkanlarına yol açır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya