Dövlət başçısı Ermənistana edilən təklifləri AÇIQLADI
Yusif Nəzərli
07:55 04.11.2021
Siyasət
573
“Bizim hərbi imkanlarımıza gəldikdə, bu, münaqişənin həlli üçün əsas səbəb oldu. İndi isə münaqişə bitib. Artıq qeyd etdiyim kimi, tikinti işləri başlayıb. İndi biz postmünaqişə dövründəyik”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirdiyi VIII Qlobal Bakı Forumunda çıxış edərkən deyib.
“Biz Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında deyil, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ ki, cavabını almayıb. Eyni zamanda, biz təklif etdik ki, sərhədlərimizin demarkasiya və delimitasiya işlərinə başlayaq, hər iki ölkənin ərazi bütövlüyü təmin edilsin, bu da yenə də beynəlxalq normalarına uyğundur, normal davranışa uyğundur. Əfsuslar olsun ki, bu da cavabını tapmayıb. Azərbaycan 30 illik işğala baxmayaraq, maksimal konstruktivlik göstərib”, - deyə, dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, biz gələcəyə nəzər salmalıyıq, biz təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olan gələcək təmin etməliyik:
“Ola bilsin ki, bizim təkliflərimiz haqqında siz də eşitmisiniz. Mənə elə gəlir ki, hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tamamilə aydındır. Bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq.
Mənə elə gəlir ki, Ermənistan Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcək. Əgər danışıqlar dövrü ərzində onlar bizə qulaq assaydı, bu gün bu vəziyyətlə qarşılaşmazdılar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə