Dövlət Baxçalı: “CHP əvvəlcə suyu bulandırır, sonra...”
Turan
09:43 03.07.2019
Siyasət
1748
Milliyətçi Hərəkat Partiyasının qrup toplantısında çıxış edən sədr Dövlət Baxçalı son günlər Türkiyədə yenidən müzakirə mövzusu olan prezident üsul-idarəsi və növbədənkənar seçki məsələlərinə münasibət bildirib.
"Sherg.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, D.Baxçalı deyib ki, MHP sonuna qədər prezidentlik sisteminin yanındadır və qətiyyən növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarı deyil: “Bu qədər zaman keçəndən sonra yenidən idarəetmə sisteminin gündəmə daşınması mənasızdır. Bunun nə dövlətə, nə də xalqa faydası var. Eyni zamanda növbədənkənar seçki söhbəti də yersizdir. Seçkilərə hələ çox var, seçki səhifəsi 2023-cü ilə qədər bağlıdır. Türkiyə öncə qarşıdakı daha ciddi problemləri aşmalıdır”.
“Fədakarlıq etməyə hazırıq, tərəfimiz bəllidir..”
MHP başqanının sözlərinə görə, prezidentlik idarəetmə sistemindən bir il keçmədən məsələni gündəmə daşımaq Türkiyənin düşmənlərinə “əl sallamaqdır”. Sədrin fikrincə, ən doğru variant işinin öhdəsindən gələ bilməyən AKP-lilərin əvəzlənməsidir: “Üç-beş səhvə görə, sistemin yenidən dəyişdirilməsini müzakirə etmək absurddur. Məsələnin hər gün mediada müzakirə edilməsi də yanlışdır. MHP-nin buna rizası yoxdur. Bizim tərəfimiz bəllidir. Əgər rəhbərlik prezidentlik sisteminin yaşaması üçün fədakarlıq istəyirsə, buna hazırıq. Yönətmə sistemləri “Quran” ayəsi deyil, ehtiyac duyulduğu zaman dəyişdirilə bilər. Millətin iradəsi nəzərə alınmadan atılan hər addım, verilən hər qərar məcburi olduğu üçün boşluqda qalmağa məhkumdur”.
“İdarəetmədəki axsaqlıq dövlət çarxının işləməsinə mane olurdu”
Baxçalı qeyd edib ki, dövlətin yenidən nizamlanması üçün zaman və əmək lazımdır: “Səbrli olmalıyıq. Qarşıdakı vəzifələri tələskənliklə həll etmək mümkün deyil. Nəzərə alaq ki, Türkiyə Cümhuriyyətinin 96 illlik tarixi var. Ölkə 1923-cü ildən 1946-cı ilə qədər tək partiyalı sistemlə işləyib. İkinci Dünya Müharibəsindən sonra Türkiyədə fərqli siyasi partiyalar yaranıb və bununla idarəetmə sistemi yenilənib. Lakin idarəetmədəki axsaqlıq və problemlər dövlət çarxının işləməsinə mane olurdu. Ard-arda gələn hərbi çevrilişlər, iqtisadi böhranlar tamamilə yeni bir sistemin qəbul edilməsini şərtləndirirdi”.
“Prezidentlik sistemi Türkiyə Cümhuriyətinin davamıdır”
15 iyul hərbi çevriliş cəhdini xatırladan MHP başqanı vurğulayıb ki, 93 il sonra Türkiyə FETÖ təşkilatının işğal cəhdinə məruz qaldı və 251 vətən övladı həyatını itirdi: “Qalanı içəridən yıxmaq istəyən Pensilvaniyalı terrorçular millətə və dövlətə xəyanət etdilər. Bizi həbs etmək istədilər, müqavimət göstərdik. İşğal etmək istədilər, analarından doğduqlarına peşman etdik. Terrorçuları pərişan edərək Türkiyə demokratiyasını qurtardıq. Ən əsası isə anladıq ki, bundan sonra parlament sistemi ilə yol gedə bilməyəcəyik. Ona görə prezidentlik üsul-idarəsini təklif etdik, xalq da bunu dəstəklədi. Prezidentlik sistemi Türkiyə Cümhuriyətinin davamıdır. Koalisiya dönəminin ölkəmizə hansı bəlalar gətirdiyini hamımız çox yaxşı bilirik”.
“CHP-dən düz-əməlli partiya olmayacaq”
Baxçalı ana müxalifət partiyasından gələn yeni referendum çağırışına çox sərt reaksiya verib: “CHP sədri Kamal Kılıçdaroğlu yeni referendum çağırışı edir. İndiki vaxtda belə bir çağırışın nə əhəmiyyəti var? HDP ilə bərabər hərəkət edən siyasətçinin təklifinə qulaq verilməməlidir. Əgər Kılıçdaroğlunun ağlı varsa, özünə saxlasın, onun göstərdiyi yol bizə lazım deyil. FETÖ-yə etiraz edə bilməyən, “S-400”ün alınmasına ehtiyac görməyən partiya sədrinin referendum tələbi tükənmişlik sindromudur. CHP əvvəlcə suyu bulandırır, sonra bundan narahat olduğunu dilə gətirir. Partiyanın işi-gücü kriz və xaos yaratmaqdır”.
“İndiki dönəm yeni partiyalar üçün əlverişli deyil..”
MHP sədri indiki şəraitdə hansısa yeni partiyanın yaradılmasına qarşı çıxıb: “Dünya qarışır, bölgələr qan gölünə çevrilir. İndi ən çox ehtiyacımız olan milli birlikdir. Əfsuslar olsun ki, bir zamanlar prezident və ya baş nazir olmuş şəxslər özlərinə sosial baza hazırlamaqdadırlar. İqtidar partiyasından çıxmış bu şəxslər qarşıdurma yaratmaq məqsədi güdürlər. Yenilikdən dəm vuran sabiq baş nazirin yeni sistemi tənqid etməsi gülüncdür. Onlar müstəqil adam deyil və qulaqlarına fısıldananları icra etməyə cəhd göstərirlər. Kimsə yeni partiya yaratmaq istəyirsə, buyurub yaratsın. Amma özünü “süddən çıxmış ağ qaşıq” kimi aparanların keçmişi bizə məlumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial