
Dünya ABŞ-Azərbaycan münasibətlərində açılan yeni tarixi epoxaya şahidlik edir -ANALİZ
09:25 26.09.2025
Siyasət
492
Dövlət başçımız diplomatik gedişlərini bu kürsüdə də icra etməyi bacardı
Şəbnəm Həsənova: Vaşınqton-Bakı arasında münasibətlər strateji tərəfdaşlıq müstəvisinə qalxıb
Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı söyləyib.
Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq”, - deyən dövlətimizin başçısı bildirib ki, bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a bildirib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı sadəcə Azərbaycanın mövqeyini dünyaya çatdırmadı:

"“Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq” bəşəri çağırışı edən dünya miqyaslı Liderimiz bütün bəşəriyyət ilə ünsiyyət qurmağı, dil tapmağı bacardı. Dövlət başçımızın bu çıxışı sözbəsöz öyrənilməli, onun çağırışının mahiyyəti dərk edilməlidir. Çıxışın həcminə baxdığımız zaman ABŞ-Azərbaycan münasibətləri xüsusi vurğulandığını və bu məsələyə kifayət qədər zaman ayrıldığını görərik. Nəinki iki dövlət, dünya ABŞ-Azərbaycan münasibətlərində açılan yeni tarixi epoxaya şahidlik edir. Bu, münasibətlərdə tamamilə yeni bir mərhələ, yeni bir nəfəs deməkdir. Hələ üstəlik o faktı da nəzərə alsaq ki, Azərbaycan Prezidenti bu dəfə də BMT kürsüsündən ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirdi. Təşəkkürün yenidən, bir daha və məhz bu kürsü vasitəsilə səsləndirilməsinin özü də olduqca düşünülmüş addım idi. Çıxışdan öncə dövlət başçımızın Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüşü də oldu. Bu görüş iqtisadi sahədə qarşılıqlı ünsiyyətin intensivləşəcəyi haqqında proqnozları doğrultdusa, indiki fokus ünsiyyətin bu növünün maksimum fayda gətirməsi üzərindədir. Vaşinqton-Bakı arasında münasibətlər strateji tərəfdaşlıq müstəvisinə qalxıb. İqtisadi-ticari əlaqələrin daha da dərinləşdirilməsi üçün mövcud olan imkanlar üzərində intensiv iş gedir".
Analitik əlavə edib ki, əsas diqqət verilən məsələ iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun formalaşdırılmasıdır:
"Çünki məhz bu Qrupun formalaşmasından sonra siyasi, iqtisadi olduğu qədər enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik kimi istiqamətlər üzrə işlər daha da intensivləşəcək, qarşısı alınmaz sürət götürəcək. Biznes dairələri arasında birbaşa əlaqələr qurulur. Neftlə yanaşı, qeyri-neft sahəsi, əsasən turizm potensialının üzə çıxarılması üzərində çalışılır. Hətta dövlət başçımızla görüşü zamanı Kuş Çoksi bildirdi ki, biznes imkanlarının dəyərləndirilməsi üçün geniştərkibli heyətlə tezliklə Azərbaycana səfər etmək niyyətindədir. Bu, ABŞ kimi fövqəldövlətin, ən güclü iqtisadiyyata malik aktorun Azərbaycana olan marağıdır. Bu marağın yaradılması bir çox dünya ölkəsinin xəyalı olarkən, Azərbaycan Prezidenti ABŞ-ın diqqətini cəlbetməyi, bunu reallığa çevirməyi bacarıb. Bu baxımdan çıxışının sonunda dövlət başçımızın səsləndirdiyi şüar ilə ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsini ikili standartların mirasına son qoyması, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirəcəyi çağırışı arasında birbaşa əlaqə var. Dövlət başçımız diplomatik gedişlərini bu kürsüdə də icra etməyi bacardı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət