ƏHD Partiyası: Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir
ƏHD Partiyası: Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir
12:10 13.05.2024
Siyasət
687
Bu gün Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın İdarə Heyəti iclasda öncə Ermənistanda yaranmış ictimai-siyasi vəziyyəti və onun sülh prosesinə təsiri barədə müzakirə aparıb.
"Sherg.az" xəbər verir ki, ƏHD Partiyası İdarə Heyətinin məsələ ilə bağlı açıqlamasında deyilir: “Terror təşkilatı kimi tanınmalı olan, etnik düşmənçiliyi təbliğ edən erməni Qriqoryan kilsəsinin və millətçi revanşistlərin Ermənistanda dövlət çevrilişi edəcəyi halda Azərbaycan hökuməti onların hakimiyyətdə möhkəmlənib yeni müharibəyə başlamasını gözləmədən Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməli, 1921-ci il Qars müqaviləsinə zidd olaraq Türkiyənin mövqeyi öyrənilmədən Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən 1929-31-ci illərdə qanunsuz olaraq Naxçıvanın Ermənistana verilmiş yaşayış məntəqələri üzərində, Naxçıvanın ümumi ərəazisinin 15 %-ni təşkil edən 657 kv.km ərazisində dövlət suverenliyini bərpa etməli, anklavlara quru yolunu açmalıdır”.
ƏHD Partiyası İdarə Heyətinin iclasında milli-mənəvi dəyərlər və onu təhdid edən bir sıra məsələləri də müzakirə edib. İdarə Heyəti hesab edir ki, Avroviziya mahnı müsabiqəsi son illər musiqi və yaxşı ifa müsabiqəsindən daha çox cinsi azlıqların təbliği arenasına çevrilib. Bu müsabiqə iqtidarın elan etdiyi milli-mənəvi dəyərlər sisteminə ziddir və həmin dəyərlər sistemini dağıtmağa hesablanıb. Azərbaycanın bir müsəlman ölkəsi olması və milli-mənəvi dəyərlərimiz baxımından İctimai Televiziyanın bu yarışda bundan sonra iştirakı və həmin “müsabiqə”nin yayımlanması məqbul sayılmamalıdır. Mədəniyyətimizin inkişafına xidmət edən mahnı müsabiqələri ölkəmizin daxilində təşkil olunmalı, musiqimiz mənəvi və ailə dəyərlərimizə zidd olmayan beynəlxaq festivallarda təbliğ olunmalıdır.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya