Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış sədri Əkrəm İmamoğlu keçmiş Tuzla bələdiyyə sədri Şadi Yazıcıya qarşı ifadələri ilə bağlı məhkəmə işində “dövlət qulluqçusunu açıq şəkildə təhqir etmək” ittihamı üzrə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Sherg.az xəbər verir ki, məhkəmə əvvəlcə İmamoğlu barəsində 2 il 6 ay həbs cəzası müəyyən edib, daha sonra təqdirəlayiq endirim tətbiq edilərək cəzanı 2 il 1 aya endirib.

Məhkəmə, həmçinin İmamoğlunun Türkiyə Cinayət Məcəlləsinin 53/5-ci maddəsində nəzərdə tutulan müəyyən hüquqlardan məhrum edilməsinə qərar verib.

İmamoğlu isə çıxışında ittihamı qəbul etməyib, Yazıcıya qarşı ifadələrinin siyasi tənqid xarakteri daşıdığını bildirib. Onun vəkilləri bəraət tələb edib.