
Əliyevin COP29 Bəyanatları: Azərbaycana qarşı yürüdülən kampaniya - RƏY
11:12 12.11.2024
Siyasət
379
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində səsləndirdiyi bəyanatlarla ölkəmizə qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab verdi.
Bu sözləri "Sherg.az" a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, dövlət başçımız bir daha dünyanın gözü önündə Azərbaycanın müsbət imicinin üzərinə kölgə salmaq istəyənlərə dərs keçdi:

“Biz hər dəfə Azərbaycanda mötəbər tədbirlərin, beynəlxalq konfransların, idman yarışlarının keçirildiyi ərəfədə bəzi dairələr tərəfindən ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyalarının aparılmasının şahidi oluruq. Düz bir ildir ki, COP29-la bağlı da Qərb mediasında və bəzi platformalarda anti-Azərbaycan kampaniyası aparılır. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, paytaxtımızda keçirilən COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Ancaq onların bu arzuları ürəklərində qaldı”.
Deputat qeyd edib ki, Azərbaycan lideri bugünkü bəyanatları ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi: “Əvvəla onu vurğulayım ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycan COP29-a ev sahibliyi edir. Bu da bizim ölkəyə, onun uzaqgörən dövlət başçısına hörmətin əlamətidir. COP29-un Bakıda keçirilməsi həm də bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.
S.Salmanova COP29-a böyük marağın olduğunu deyib: “Hazırda tədbirlə bağlı 196 ölkədən 72 min iştirakçı qeydiyyata alınıb. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir də var. Bu isə onu deməyə əsas verir ki, dünya Bakıda toplaşıb. Dövlətimizin başçısının da söylədiyi kimi, “Azərbaycana xoş gəlmisiniz!”
Parlamentari onu da söyləyib ki, bəzi Qərb dairələrinin, onların riyakar siyasətçilərinin apardıqları qarayaxma kampaniyalarına baxmayaraq, COP29 Azərbaycanda yüksək səviyyədə keçirilməkdədir: “Bunu yerli və beynəlxalq mediaya baxan zaman BMT əməkdaşlarının, ayrı-ayrı ölkələrin rəsmilərinin səsləndirdikləri fikirlərdə də görmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat