ABŞ-nin Qarabağın bərpası ilə bağlı hazırda açıqlaya biləcəyi konkret planı yoxdur.
Bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.
“Strateji tərəfdaşlığımız çərçivəsində ABŞ Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə kommunikasiya, iqtisadi və kommersiya investisiyaları istiqamətində əməkdaşlıq edir”, - deyə o vurğulayıb.
ABŞ rəsmisi əlavə edib ki, Vaşinqton Bakı ilə əməkdaşlıq üçün yeni imkanlar tapmağa davam etmək istəyir.