Ən təhlükəli senariyə addım qalıb
Yusif Nəzərli
10:50 23.12.2021
Siyasət
799
Rusiya “Donbassda rusları qorumaq” adı altında ordusunu bu bölgəyə yeridə bilər
“Rusiya Prezidenti Vladimir Putin son çıxışında “geriyə yol yoxdur” deyərək Qərbə ünvanladığı “qırmızı cizgidən” vaz keçməyəcəyini bildirib. Qərb isə Kremlin heç bir “cizgisini” tanımadığını bəyan edib”. Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Qərb Rusiyanı sakitləşdirmək üçün danışıqlara başlaya bilər. Ancaq Putin deyib ki, Rusiyanı danışıqlar adı altında aldatmağa çalışırlar: “Putin danışıqlardan nəticə gözləmədiyinə bəri başdan işarə edib.
Kreml sahibi bir tərəfdən “danışıqlar” deyərkən, o biri tərəfdən “danışıqlar nəticə verməyəcək” fikrini səsləndirir. Putinin digər ziddiyyətli açıqlaması da var. O, bir tərəfdən istəyir ki, Vaşinqton Ukraynanın və Gürcüstanın NATO üzvü olmayacağı barədə Kremlə yazılı təminat versin. Digər tərəfdən isə deyir ki, “Vaşinqtonun imzaladığı sənəd qara qəpiyə dəyməz, çünki istənilən vaxt sazişdən imtina edə bilər”. Bunu deyən o ölkənin lideridir ki, həmin dövlət Ukrayna ərazisinə iddia etmədiyinə dair 1994-cü ildə Budapeştdə sazişə imza atmış, 2014-cü ildə isə Krımı ilhaq etmişdi”.
Siyasi şərhçinin fikrincə, Kreml ultimatumuna Qərbdən qəti rədd cavabı aldıqdan sonra Krım və Belarus ərazisində takitki nüvə silahları yerləşdirəcək:
“Belarus Prezidenti Aleksandr Lukaşenko da son müsahibələrinin birində nüvə raketlərinin ölkəsinə geri qaytarılması üçün Moskvaya müraciət edəcəyini bildirmişdi. Yəni bu proses artıq başlayıb. Kremlin məntiqi sadədir:
“Siz Rumıniya və Polşada nüvə başlıqlı raketlər yerləşdirirsinizsə, mən də eyni tip raketləri istədiyim ərazidə yerləşdirəcəm”. Üçüncü və ən təhlükəli senari Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasıdır.
Kreml ultimatumlarla “hədəfləri” elə böyüdüb ki, bu senari artıq qeyri-real görünmür.
Rusiya “Donbassda rusları qorumaq” adı altında ordusunu bu bölgəyə yeridəcək və ardınca da, Krımda olduğu kimi “referendum” keçirib Donbassı Rusiyaya birləşdirəcək.
Ancaq bu da təhlükəli proseslərin sonu olmayacaq, qarşıdurma yeni fazaya keçəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm