Ərdoğan hökuməti hələ güclüdür
Turan
07:04 13.07.2019
Siyasət
1446
Əli Babacanın AKP-dən getməsi ciddi dəyişikliyə səbəb olmayacaq
Türkiyənin keçmiş xarici işlər naziri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasından istefa verib. AKP-nin qurucularından olan Babacanın sabiq prezident Abdullah Güllə birlikdə siyasi partiya təsis edəcəyi gözlənilir. İddialara görə, əslində yeni partiya hazırdır, proqram yazılıb və adı verilib. Sadəcə təsisçilər heyətini təyin etmək qalıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da sabiq nazir Əli Babacanın partiyadan istefa verməsinə münasibət bildirib. Ərdoğan jurnalistlərə verdiyi açıqlamada Əli Babacan, Abdullah Gül və Əhməd Davudoğlu ilə bağlı “bu ümməti parçalamağa haqqınız yoxdur” ifadəsini işlədib: “Mən Əli bəyin özünə də dedim, bu sizin yolunuzdur, amma onu da yaddan çıxarmayın ki, bu ümməti parçalamağa haqqınız yoxdur. Sizin atdığınız addımlar partiyamızın parçalanmasına səbəb ola bilər, amma bunu etməklə heç bir nəticə əldə edə bilməyəcəksiniz”. Ekspertlərin fikrincə, Babacan kimi bir qurucunun AKP-dən ayrılması hakim partiyanı bir qədər zəiflədə bilər.
Qardaş ölkənin siyasi həyatında baş verənləri “Şərq”ə dəyərləndirən gənc politoloq Rusif Məmmədsoy deyib ki, Türkiyədə AKP-nin qurucularından hesab edilən Əli Babacanın istefası gözlənilməz hadisə deyildi. Analitik bildirib ki, Əli Babacan, Abdullah Gül və Əhməd Davudoğlunun yeni partiya yaradacaqları iddiası çoxdan gündəmdədir. Ona görə də Babacanın hakim partiyadan getməsi təəccüblə qarşılanmamalıdır: “Babacanın istefası AKP-yə müəyyən mənada mənfi təsir göstərə bilər. Lakin bu itki ciddi dəyişikliyə səbəb olmayacaq. Çünki Ərdoğan hökuməti hələ güclüdür. Yeni yaranacaq partiya böyük uğur əldə edə bilməyəcək. Əslində bunu partiya qurucuları da yaxşı anlayır. Əgər Türkiyənin siyasi arenasında AKP iqtidardan düşərsə, onun yerinə yeganə namizəd CHP olacaq. Burada Kamal Kılıçdaroğlunun uğursuzluqları deyil, Məhərrəm İncə və Əkrəm İmamoğlunun uğurları ön plana çıxacaq”. Ekspertin sözlərinə görə, siyasətdə partiyadan ayrılma manevrləri olmalıdır: “Babacanın partiyası ilə AKP arasında ideoloji zəmində hər hansı ziddiyyət olarsa, yenə də uğursuzluq qaçılmaz olacaq. Nəzərə alaq ki, Ərdoğan hökuməti 2023-cü ilə, yəni Cümhuriyyətin 100 illiyinə meqa layihələr hazırlayıb. Hakim partiyanın böyük planları var və ciddi təbliğat aparır. Bu mənada növbəti seçkilərə qədər rəqib siyasi düşərgələr arasında gərgin mübarizəyə şahidlik edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial