Ərdoğanın mesajları erməni cəmiyyətində müzakirə olunur
06:08 10.09.2021
Siyasət
966
Əgər Yerevan təklifləri qəbul edərsə, Türkiyə təbii ki, hava məkanını açacaq. Azərbaycan isə buna etiraz etmir
Türkiyə ilə Ermənistan arasında hava sərhədlərinin açılması barədə danışıqlar gedir. “Armeniya” aviaşirkətinin direktor müavini Gevorq Xaçatryan məsələ ilə bağlı davamlı danışıqlar apardığını söyləyib. Xaçatryan qeyd edib ki, Türkiyənin hava sərhədlərini bağlı saxlaması bilet qiymətlərinə öz təsirini göstərir. Onun sözlərinə görə, mart-aprel aylarında şirkət Türkiyədən hava məkanının açılmasını istəsə də, “yox” cavabı alıb. O qeyd edib ki, hazırda danışıqlar davam edir və müsbət irəliləyiş var.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Ankaradan təkliflərin olduğunu deyən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyə Prezidenti cənab Ərdoğan tərəfindən verilən mesajlar Ermənistan cəmyyətində müəyyən polemikaya səbəb olub. Politoloq qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan da sərhədlərin açılmasında, sülhün əldə edilməsində, kommunikasiyaların bərpasında maraqlı kimi görünür:
"Təbii ki, bu xüsusda danışıqlar gedir. Türkiyə və Ermənistan arasında hava yollarının qarşılıqlı açılması, əlbəttə ki, tərəflər arasındakı danışıqlardan asılı olacaq. Türkiyənin təklifi ondan ibarətdir ki, ilk növbədə Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Xüsusilə Zəngəzur dəhlizinin açılmasını reallaşdırmalıdır.
Ona görə də Türkiyə Ermənistana bu istiqamətdə təzyiqlər edir. Düşünürəm ki, danışıqlar prosesində Ermənistan baş naziri ciddi diplomatk addım atarsa, o zaman hava məkanının açılması reallaşa bilər. Hazırda bilirsiniz ki, Ermənistan həm yerüstü, həm də hava xəttindən blokadadır.
Bu da Ermənistanda sosial, iqtisadi vəziyyətə mənfi təsir edir. Düşünürəm ki, müharibədən sonra hazırkı vəziyyətin normallaşdırılması Ermənistanın atacağı addımlardan asılıdır. Əgər Yerevan təklifləri qəbul edərsə, Türkiyə təbii ki, hava məkanını açacaq. Azərbaycan isə buna etiraz etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media