Ermənilər yeni savaşdan çəkinirlər
Yusif Nəzərli
23:28 03.11.2021
Siyasət
753
Yaxın günlərdə liderlərin görüşünün baş tutacağı ehtimalı yüksəkdir
"Azərbaycan qələbə qazanıb və Bakı istəyir ki, bunu təsdiqlətsin. Ermənistan isə mövcud blokadadan, böhrandan çıxmağa çalışır"
Ermənistan və Azərbaycan liderlərinin yaxın günlərdə görüşünə dair məlumat yoxdur. Bu barədə Ermənistan hökumətinin aparat rəhbəri A.Arutyunyan bildirib. Onun sözlərinə görə, müxtəlif formatlarda sərhədlər və infrastrukturun açılmasına dair məsələlər nəzərdən keçirilsə də, ən yüksək səviyyədə görüşə dair müzakirələr olmayıb.
Daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan da bəyan etmişdi ki, hazırda Ermənistan Baş naziri ilə Azərbaycan Prezidenti arasında hər hansı bir görüş planlaşdırılmır. Halbuki, Ermənistan KİV-ləri noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanacağı xəbərlərini yaymışdı. İddia etmişdilər ki, sənədlər Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan dövlət başçısı və Ermənistanın baş naziri arasında imzalanacaq. Erməni mediasından sonra Rusiyanın nüfuzlu mətbuat orqanları da görüş ehtimalının yüksək olduğunu vurğulamışdılar.
Liderlərin gözlənilən görüşü ilə bağlı “Şərq”ə danışan politoloq Azər Rəşidoğlu hesab edir ki, tarixi və məkanı hələ dəqiq məlum olmasa da, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün baş tutacağı ehtimalı az deyil. Onun sözlərinə görə, savaş Azərbaycanın qələbəsi ilə yekunlaşıb, lakin bəzi kənar oyunçular yenə də danışıqlarda iştirak etmək niyyətindədir:
“Yekun sülhdən danışmaq hələ tez olsa da, tərəflərin görüşməsi, bir-birlərinə doğru addım atması real və gözləniləndir. Hazırkı mərhələdə məğlub Ermənistan ictimai rəyi üçün bunu etmək daha qəlizdir. Azərbaycan qələbə qazanıb və Bakı istəyir ki, bunu təsdiqlətsin. Ermənistan isə mövcud blokadadan, böhrandan çıxmağa çalışır. Nəzərə alsaq ki, tərəflər arasında görüşlə bağlı niyyət mövcuddur, onun reallaşa biləcəyini də ehtimal edə bilərik”.
A.Rəşidoğlu bəyan edib ki, erməni ictimai rəyi də bütün ziddiyyətlərə baxmayaraq, artıq məğlubiyyəti həzm edib:
“Nikol Paşinyanın yenidən seçkidə qalib gəlməsi də onu göstərir ki, ermənilər yeni savaşdan çəkinirlər. Azərbaycan öz istəyinə nail olub, ərazilərini işğaldan azad edib. Hazırda quruculuq işləri gedir, dəhlizlərin açılmasına nail olmaq üzrəyik. Yəni məsələ yekunlaşıb, bundan sonra Rusiya sülhməramlılarını da yola salmaq olar. Düzdür, bu məsələ bir qədər çətindir. Hər halda Azərbaycan tərəfi ruslar olmadan da vətəndaşlarımız olan, cinayətlərdə iştirak etməyən ermənilərin təhlükəsizliyinə zəmanət verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə