Ermənilərin son ümidi...
05:26 16.09.2021
Siyasət
925
Ölkə çökür, ona görə hər fürsətdə terrora baş vuracaqlar, bundan vaz keçməyəcəklər
Düşmən tərəfindən atılan addımları düzgün analiz etməliyik
“Monax” ləqəbli keçmiş erməni zabiti Artur Ayvazyan daha bir populist bəyanatla çıxış edib. O, Azərbaycana qarşı mübarizədə Ermənistanın yeganə çıxış yolunun terrorçu-diversiya qrupları yaratmaq olduğunu vurğulayıb. Qeyd edib ki, tarixə nəzər salsaq, bunun ermənilərin son ümidi olduğunu görərik: “Biz sonradan PKK ilə də hər hansı bir yolla razılaşa bilərik. Vəziyyət çox ciddidir, hər gün bir addım geri çəkilirik. Zəngəzuru, ümumiyyətlə, yaddan çıxarın, o, əlimizdən getdi. İndi İrəvanda hamı bir-birini ittiham etməklə məşğuldur”.
Ekspertlərə görə, ermənilərdən Azərbaycana qarşı həmişə terror aktı gözləmək olar. Çünki erməni terror təşkilatları tarixin müxtəlif mərhələlərində qanlı cinayətlərə, kütləvi qırğınlara imza atıblar. 1988-ci ildən Azərbaycan ərazisində davamlı terror aktları törədiblər. "20 Yanvar" metrosunu partladıblar. ASALA terror təşkilatı isə xarici ölkələrdə Türkiyə diplomatlarını şəhid edib. Həmçinin, Qarabağda daşnakların, o cümlədən PKK və digər qüvvələrə bağlı terrorçuların olduğuna dair çoxsaylı faktlar aşkarlanıb. Lakin şübhə yox ki, ermənilər terrora əl atacağı təqdirdə, Azərbaycan həm Konstitusiyaya, həm də beynəlxalq hüquqa dayanaraq, Qarabağda antiterror əməliyyatına başlayacaq.
Ayvazyanın iddiası ilə bağlı “Şərq”ə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov bildirib ki, ermənilərin terrorizmlə bağlı bəyanatları, addımları heç birimizi təəccübləndirmir. Analitikin fikrincə, erməni toplumu terrorla birlikdə xarakterizə olunur:
“Ermənilər tərəfindən yaradılan terror təşkilatlarının tarixi bir əsrdən çoxdur. Daşnaksütyün və Asala terror təşkilatlarının adı hamıya məlumdur. Həmçinin, PKK və sonradan ortaya çıxan “Ateşin çocukları” adlı təşkilatların da missiyasında ermənilərə dəstək mühüm yer tutur. Əsas məqam odur ki, ermənilərin terrorçuluq fəaliyyəti sadəcə Azərbaycana deyil, türk dünyasına qarşı yönəlib. Sirr deyil ki, ermənilərin terror aktlarının arxasında Qərb ölkələrinin, o cümlədən Rusiyanın izləri var. Bir çox çirkin kampaniyalarını məhz ermənilər vasitəsi ilə reallaşdırıblar”.
S.Hümbətov vurğulayıb ki, Ermənistanın terror fəaliyyəti dövlət səviyyəsindədir:
“Ölkəyə rəhbərlik etmiş Robert Koçaryan, Serj Sarkisyan kimi şəxslər azərbaycanlılara qarşı terror aktlarının, qanlı cinayətlərin, kütləvi qırğınların başında dayanıblar. Ayvazyan kimilərin sözündə reallıq odur ki, ermənilər hər fürsətdə terrora baş vuracaqlar və bundan vaz keçməyəcəklər. Ona görə də bu məsələdə səfərbər olmalı, atılan addımları daha düzgün analiz etməyi bacarmalıyıq”.
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media