
“Ermənistan ordusu yarımcan vəziyyətdədir”
11:03 15.09.2021
Siyasət
839
“Normal hala gəlməkləri üçün güclü “terapiyaya” ehtiyacları var”
“Generallar, hərbi hissə komandirləri səviyyəsində də get-gedə bataqlığa düşürlər”
Ermənistan ordusunun hərbçisi, 1978-ci il təvəllüdlü çavuş Mkrtiç Ovakimyanın ölümü ilə bağlı onun əsgər yoldaşı saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edək ki, hadisə sentyabrın 13-də, saat 22 radələrində ölkənin cənub-şərqindəki hərbi hissədə baş verib. M.Ovakimyan odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. O, sonradan vəfat edib. Hadisə təlim zamanı baş verib və daha bir hərbçi - İrəvan sakini, 36 yaşlı Leon S. yaralanıb.
Onların əsgər yoldaşı bir hərbçinin ölümcül yaralanması və başqasının xəsarət alması faktı üzrə saxlanılıb. Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə (döyüş növbəsi və ya döyüş xidmətinin icrası qaydaların pozulması) üzrə cinayət işi qaldırılıb. İbtidai istintaq davam edir.
Xatırladaq ki, avqustun 25-dən etibarən Ermənistanda ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədilə üç aylıq hərbi təlim keçirilir. Ehtiyatda olan hərbçilər sentyabrın 10-dan təlimləri davam etdiriblər.

Ermənistan ordusundakı daxili vəziyyəti “Sherg.az”a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu gün Ermənistan ordusu yarımcan vəziyyətindədir. Onun sözlərinə görə, yaxın zamanlarda normal hala gəlməkləri üçün güclü “terapiyaya” ehtiyacları var:
“Əvvəlcə 2 aylıq təlim elan etdilər, sonra bu müddəti 3 ay da uzatdılar. Ancaq ortada ciddi məsələ var. Çoxları Ermənistan ordusunda xidmət etməkdən yayınır. Yeni gələn əsgərlər həm özləri, həm də digərlərinin əvəzinə bəzi işləri yerinə yetirməyə məcbur olurlar. Bu da onların arasında nizamnamədən kənar münasibətlərin yaranmasına səbəb olur. Ona görə də bir-birinə qarşı zorakılığıa yol verir, silah istifadə edirlər. Ötən həftələrdə gənc bir əsgər 3 nəfər xidmət yoldaşlarını güllələmişdi. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 3 əsgər həmin gəncə qarşı seksual hərəkətə yol verdiyi üçün o, silahdan istifadə edib. Ümumiyyətlə, Ermənistan ordusunda biabırçı və iyrənc hadisələr baş verir”.
Ü.Cəfərov qeyd edib ki, yaxın illərdə Ermənistan ordusunun normal vəziyyətə düşməsi qeyri-mümkündür:
“Erməni havadarları çalışırlar ki, Ermənistana silah-sursat versinlər. Bundan sonra ermənilər haradan nə gətirirlərsə gətirsinlər, onların ordu şəklində məşq etməkləri, döyüş hazırlığında təcrübə yığmaqları üçün illər lazım olacaq. Onlar keçən il başlarını böyük bəlaya saldılar. İşğalda olan əraziləri rahat şəkildə boşaltsaydılar, bu qədər itki olmazdı və orduları bərbad hala düşməzdi. Hazırda kifayət qədər ciddi problemlə üz-üzədirlər. Generallar, hərbi hissə komandirləri səviyyəsində də get-gedə bataqlığa düşürlər”.
Ekspertin fikrincə, təsadüfi deyil ki, Paşinyan tez-tez ordu mövzusuna müraicət etməli olur, birini vəzifədən çıxarıb, digərini vəzifəyə qoyur:
“Erməni hərbçisinin saxlanması faktı düşmən ordusunda baş verən neqativliklərin yüzdən biridir. Orduda eyni zamanda oğurluq, bir-birini təhqir etmək, şərəf və ləyaqətlərini alçaltmaq halları var. Ən ağıllı variant bu olar ki, qonşuları ilə olan münasibtələri yoluna qoysunlar. Ancaq bunu görmürük. Ona görə də özlərini gün keçdikcə uçuruma aparırlar”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media