Gürcüstan müdafiə nazirinin qovluğunda nə var?- ŞƏRH
Fidan Həmişəyeva
13:35 05.03.2020
Siyasət
901
İlqar Vəlizadə:“Müdafiə nazirləri arasında müxtəlif sahələrdə razılaşmalar var. Hazırda həmin razılaşmalar reallaşdırılır”
“Növbəti aylarda birgə təlimlərin keçirilməsinə dair müzakirələr gedəcək”
Bu gün Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvilinin Azərbaycana rəsmi səfəri başlayır. Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin ölkəmizdə bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfərin əhəmiyyətindən danışan politoloq İlqar Vəlizadə“Sherg.az”a bildirib ki, bu yaxınlarda Ermənistanın baş naziri Gürcüstana səfər edib. Politoloq qeyd edib ki, Ermənistanın baş naziri Gürcüstan tərəfinə strateji tərəfdaşlıq razılaşmasını imzalamağı təklif edib.
Analitik sözlərinə görə, Gürcüstan tərəfi təklifə konkret cavab verməyib:
“Ermənistan bu təklifi əvvəllər də irəli sürüb. Keçən il də Gürcüstanın baş naziri Ermənistanda səfərdə olanda Ermənistanın baş naziri belə təkliflə çıxış etmişdi. Bu təklifdən iki gün sonra Gürcüstanın müdafiə naziri Azərbaycana gəlir. Əslində səfər Ermənistanın təklifinə verilən cavabdır. Çünki Gürcüstanla Azərbaycan arasında kifayət qədər çoxlu birgə layihələr həyata keçirilir. Müxtəlif sahələrdə əməkdaşlıq var. Bu əməkdaşlıq xüsusilə hərbi sahədə inkişaf edir, birgə təlimlər keçirilir. Hətta Türkiyə də hərbi əməkdaşlığa qoşulub. Burada üçtərəfli hərbi əməkdaşlıqdan söhbət gedir. Müdafiə nazirləri arasında müxtəlif sahələrdə razılaşmalar var. Hazırda həmin razılaşmalar reallaşdırılır”.
Politoloqun qənaətincə, səfər çərçivəsində ikitərəfli hərbi münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq:
“Növbəti aylarda birgə təlimlərin keçirilməsinə dair müzakirələr gedəcək. Eyni zamanda birgə dəmir yolu, qaz və neft kəmərləri infrasturukturu, onların qorunmasına dair müzakirə aparılacaq. Ermənistan bir neçə dəfə Azərbaycanı hədələyib ki, müharibə başlasa, sizin həm neft-qaz kəmərlərini, həm də dəmir yolunu vuracağıq. Amma neft-qaz kəmərləri eyni zamanda Gürcüstan üçün də xüsusi əhəmiyyət kəsb edir. Ona görə də bu səfəri Ermənistanın təhdidinə cavab kimi qiymətləndirmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm