
Gürcüstanın da başqa yolu yoxdur
Yusif Nəzərli
06:32 09.10.2021
Siyasət
281
Bütün bölgə ölkələrinin gələcəyi məhz “3+3” formatından asılıdır
“Gürcüstan üçün Rusiya ilə birgə “3+3” formatında iştirak etmək çətin olacaq, lakin buna baxmayaraq, ölkə iri geosiyasi layihələrdə hansısa formada təmsil olunmalıdır”. Bunu Gürcüstan baş nazirinin müavini, Xarici işlər naziri David Zalkaliani Birinci kanalın efirində yayımlanan “Günün mövzusu” proqramında deyib. Onun sözlərinə görə, Gürcüstan regionda inkişaf edən proseslərdən geri qalmamalıdır: “Biz bütün yeni, hətta infrastruktur layihələrdə də iştirak etməliyik. Əks halda onlar Gürcüstandan yan keçə bilər və bununla da ölkə rol və funksiyasını itirə bilər. Buna görə də dəqiq mövqeyə malik olmaq çox vacibdir ki, ölkəmizin maraqları zərər görməsin”.
D.Zalkaliani qeyd edib ki, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü “qırmızı xəttdir”: “Böyük geosiyasi layihələrdə və münasibətlərdə təmsilçiliyimiz sözsüz ki, dövlət maraqları və hər hansı güzəşt hesabına olmamalıdır”. Nazir həmçinin bildirib ki, Gürcüstan artıq bölgədə önəmli rol və funksiya yerinə yetirir: “Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü və vasitəçiliyi, Azərbaycan və Ermənistan liderləri ilə fəal kommunikasiya sayəsində Gürcüstan regional əməkdaşlıq planında ilk addımlar ata bilib. Bu istiqamətdə növbəti addımlar atılmalıdır və biz bununla bağlı nəinki Cənubi Qafqazdakı qonşularımız, həmçinin avropalı və amerikalı tərəfdaşlarımızla da fəal təmas qurmağa davam edəcəyik”.

Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında siyasi şərhçi Rusif Məmmədsoy bildirib ki, Gürcüstanla Rusiyanın birgə "3+3" formatında iştirak etməsi çətin olsa belə başqa çarə yoxdur. Onun sözlərinə görə, regionun gələcəyi məhz həmin formatdan asılı olacaq:
"Təsadüfi deyil ki, Moskvada baş tutmuş İran və Rusiya xarici işlər nazirlərinin görüşləri zamanı da deyildiyi kimi, İranın da gələcəyi məhz həmin "3+3" formatındadır. Bunu Gürcüstan və Rusiya da gözəl anlayır. Bu mənada digər məsələlər ikinci plana keçəcək. Ortada meqa layihələr, anlaşmalar var. Zəngəzur dəhlizinin açılmasına da çox az müddət qalıb. Bu mənada Gürcüstan bu məsələlərdə çox maraqlıdır. Hesab edirəm ki, tranzit ölkə kimi rəsmi Tiflis də proseslərdə iştirak etmək istəyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol