“Gürcüstanın Rusiya ilə eyni platformada iştirakı düşünülə bilməz” – Şərh
Yusif Nəzərli
11:58 11.10.2021
Siyasət
728
Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi bəyanatında qeyd olunub ki, Gürcüstan Rusiya Federasiyası ilə birlikdə 3+3 formatında iştirak imkanını nəzərdən keçirmir.Gürcüstan XİN-dən bildirilib ki, nazir David Zalkalianinin oktyabrın 7-də Birinci kanala müsahibəsi zamanı qeyd etdiyi fikirlər yanlış təqdim olunub. Gürcüstanın XİN həmçinin ölkənin regionda vacib rol oynadığını da vurğulayıb.
“Burada bizim Asiya ilə Avropanın birləşdirilməsində əhəmiyyətli rol oynayan və Gürcüstanın iqtisadi və siyasi müstəqilliyinə zəmin yaradan strateji vacib layihələrdə iştirakımız nəzərdə tutulur”.
Mövzu barədə “Sherg.az”a danışan siyasi analitik Turab Rzayev bildirib ki, Gürcüstanın Rusiya ilə eyni platformada iştirakı düşünülə bilməz:
“Çünki Gürcüstan ərazisinin bir hissəsi Rusiya tərəfindən işğal olunub. Bunlar Abxaziya və cənubi Osetiya bölgələridir. Eyni zamanda Rusiya ilə Gürcüstan arasındakı müharibədən çox keçməyib. Müharibə 2008-ci ildə baş vermişdi və gürcü cəmiyyətdə böyük anti-Rusiya əhvalı var. Ona görə Mixael Saakaşvilinin ölkəyə gəldiyi, müxalifətin onu Rusiya ilə birlikdə vətəni satmaqda ittiham etdiyi bir dövrdə Kreml ilə yaxınlaşma gürcü hökuməti üçün çətin olardı. Amma indiki hökumətin Rusiya ilə münaqişələrin tənzimlənməsi, normallaşdırılması ilə bağlı mövqeyi var. Bu mövqeyə diqqətlə baxanda aydın olur ki, hazırkı hökumət həm Avropa, həm ABŞ, həm də Rusiya ilə normal münasibətlər qurmaq və Kremllə olan problemləri aradan qaldırmaq istəyir. Biz bunu Abxaziya dəmir yolu məsələsində gördük”.
Analitikin fikrincə, ola bilsin ki, Tbilisi rəsmi şəkildə Rusiya ilə birlikdə 3+3 formatında iştirak etməsə də, Azərbaycan-Ermənistan-Rusiya və Türkiyənin yaratdığı 2+2 formatına qeyri-rəsmi dəstək versin:
“Yəni qeyri-rəsmi şəkildə Tbilisi Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə arasındakı bütün kommunikasiyaların fəaliyyətinə şərait yaratsın. Sonuncu dəfə Rusiyaya olan avtomobil yolu və tunelinin çəkilməsi onu göstərir ki, rəsmi Tbilisi sakit şəkildə olsa da, Moskvanın regionda formalaşdırmağa çalışdığı 2+2 və yaxud 3+3 formatındakı müddiəalara zidd hərəkət etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya