"Humanitar TIR sürücüləri SEPAH agentləridir"
"Humanitar TIR sürücüləri SEPAH agentləridir"
Yusif Nəzərli
10:08 16.08.2023
Siyasət
338
Turan Rzayev: "Humanitar yüklərin Azərbaycana buraxılmaması fonunda əraziyə İran səfirliyinin əməkdaşının da gəlməsi diqqət çəkir"
Ermənilərin “humanitar TIR” şousu davam edir. Rəsmi İrəvanın Qarabağdakı erməni əhalinin, guya, “blokadada saxlanması” və “yolların bağlanması” məsələsini beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa hazırlaşdığı vaxtda diqqətçəkən iddialar ortaya atılır. Ermənistanın Xankəndiyə göndərmək istədiyi TIR-ların sürücülərinin SEPAH agenti olması ehtimalı gündəmə gəlib. Məsələ ondadır ki, rəsmi Tehran Bakı ilə münasibətləri normallaşdırmaq istəsə də, nə regiona baxışı dəyişib, nə də Azərbaycana qarşı mövqeyi.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, İran bundan öncə də dəfələrlə separatçılara yardım edib. Siyasi şərhçi xatırladıb ki, erməni işğalı dövründə Tehran Qarabağa həm narkotik ticarət məkanı, həm də çirkli pulların yuyulması üçün "ofşor zona" kimi baxıb:
"44 günlük müharibə nəticəsində Azərbaycanın Qarabağda nəzarəti bərpa etməsi ən çox İrana zərbə vurub. Müharibə sonrası Tehran separatçıların Qarabağda qalması üçün istər silah-sursat, istər kadr, istərsə də maddi dəstək göstərib. Sonuncu belə hal 24 noyabr 2022-ci ildə yaşanıb. Həmin tarixdə Qarabağ ərazisinə 14 xarici ölkə vətəndaşının keçidi baş tutmuşdu. Rəsmi Bakının araşdırmaları nəticəsində həmin şəxslərin İran vətəndaşları olduğu, 12-sinin ermənilərin sıx yaşadığı Xuzistan vilayətinin İzeh şəhərindən gəldiyi üzə çıxmışdı.
Bundan başqa, yenə 2022-ci ildə İran Ermənistana hava hücumundan müdafiə qurğuları vermiş, bunların Rusiya sülhməramlılarının icazəsi ilə Qarabağa keçirildiyi məlum olmuşdu. Bütün bunları nəzərə aldıqda ermənilərin “humanitar TIR”-larını sürən sürücülərin SEPAH agenti olması mümkündür. Əlbəttə, bu şəxslər İran vətəndaşı olmaya bilər. Lakin məlumdur ki, Ermənistan vətəndaşı olan minlərlə SEPAH agenti var. Humanitar yüklərin Azərbaycana buraxılmaması fonunda əraziyə İran səfirliyinin əməkdaşının da gəlməsi diqqət çəkir. İran indiki məqamda həmin şəxsləri Xankəndiyə göndərərək üç əsas şeyə nail olmaq istəyir.
Bu, Xankəndidə və ümumilikdə regionda real vəziyyəti müəyyən etmək, separatçıları təşkilatlandırmaq və onlara təlim keçərək təxribat-diversiya və gerilla müharibələri üzrə yetişdirməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region