İlham Əliyev İtaliya nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
11:21 06.07.2019
Siyasət
677
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da İtaliyanın Veneto regionunun prezidenti Luka Zayanı və İtaliya nümayəndə heyətinin üzvlərini qəbul edib.
"Sherg.az"ın məlumatına görə, Prezident İlham Əliyev Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə çox uğurla inkişaf etdiyini və ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirdiklərini deyib.
Dövlət başçısı bildirib ki, qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-İtaliya əlaqələri uğurlu əməkdaşlığın gözəl nümunələrindən biridir. Prezident İlham Əliyev ötən il İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərini bu istiqamətdə atılmış önəmli addımlardan biri kimi dəyərləndirib. İtaliya şirkətlərinin Azərbaycanda böyük layihələrdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb. Cənub Qaz Dəhlizinin əməkdaşlıq üçün genişmiqyaslı bir layihə olduğunu qeyd edən dövlətimizin başçısı bu layihənin Azərbaycan-İtaliya əlaqələrinə və eyni zamanda, regional əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyini və marşrut boyunca yerləşən ölkələri bir-birinə yaxınlaşdırdığını deyib. Dövlət başçısı İtaliya nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İtaliya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün önəmli addım olacağını vurğulayıb.
Qəbula görə minnətdarlığını bildirən İtaliyanın Veneto regionunun prezidenti Luka Zaya iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından regionlararası əlaqələrin əhəmiyyətini vurğulayıb. O, təmsil etdiyi region haqqında dövlətimizin başçısına məlumat verərək əməkdaşlığımızın inkişafı üçün böyük potensialın olduğunu bildirib. Azərbaycanın İtaliyanın Veneto regionunda yaxşı tanındığını deyən Luka Zaya “Venesiya Biennalesi” Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Azərbaycan pavilyonunun daim böyük maraqla qarşılandığını bildirib. O, eyni zamanda, Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının önəmini də vurğulayıb.
Görüşdə iştirak edən İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Quqlielmo Pikki Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin mövcudluğunu qeyd edərək ölkələrimizin əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. O, TAP layihəsinin yekunlaşmaq üzrə olduğunu vurğulayaraq Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini bir daha qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
13:24
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da İtaliyanın Veneto regionunun prezidenti Luka Zayanı və İtaliya nümayəndə heyətinin üzvlərini qəbul edib.
"Sherg.az"ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial