İlham Əliyev Özbəkistanın "Ali Dostluq Dərəcəsi" ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyevi Özbəkistanın “Ali Dərəcəli Dostluq” ordeni ilə təltif edib.

Sherg.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fərman imzalayıb.

Sənədə əsasən, İlham Əliyev Azərbaycan və Özbəkistan arasında çoxşaxəli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına, siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin genişləndirilməsinə, eləcə də qarşılıqlı etimad və hörmətə əsaslanan dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi xüsusi töhfələrə görə təltif olunub.