O, Qazaxıstanın təşəbbüslə çıxış etdiyini və birbaşa dialoq üçün öz platformasını təqdim etdiyini xatırladaraq, qarşıda danışıqların çox vacib bir mərhələsinin gözləniləcəyini qeyd edib.
İqor Korotçenko: Sülh müqaviləsi Əliyevin irəli sürdüyü şərtlərlə bağlanacaq
Yusif Nəzərli
23:06 09.05.2024
Siyasət
384
"Düşünürəm ki, bu sülh müqaviləsinin nəticələrinə görə Prezident İlham Əliyev Nobel Sülh Mükafatına namizəd olmağa layiq olacaq"
Mayın 10-da Almatıda keçiriləcək Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində danışıqlar ərəfəsində "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın qarşıdakı görüşünü şərh edib.
"İlk növbədə, Azərbaycan diplomatiyasının uğurlarını qeyd etmək lazımdır. Azərbaycan dövlət sərhədinin delimitasiyasının və demarkasiyasının başlanmasına nail ola bilib. Əvvəllər ermənilərin işğal etdiyi dörd kənd Azərbaycana qaytarılır. Bu, Azərbaycan diplomatiyasının böyük uğurudur. Bu uğurları Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və qətiyyəti müəyyənləşdirir", - deyə ekspert bildirib.
O, Qazaxıstanın təşəbbüslə çıxış etdiyini və birbaşa dialoq üçün öz platformasını təqdim etdiyini xatırladaraq, qarşıda danışıqların çox vacib bir mərhələsinin gözləniləcəyini qeyd edib.
"Paşinyan bu gün Moskvadan uzaqlaşır. Buna baxmayaraq, bu görüşün Qazaxıstan platformasında keçirilməsi çox vacibdir. Biz yalnız bir nəticəni gözləyirik: bütün bu qərarlar və danışıqlar Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü şərtlər və prinsiplər əsasında sülh müqaviləsi ilə başa çatacaq. Bu beş əsas prinsip fundamental şəkildə əsaslanıb, beynəlxalq hüquq normalarına və ədalət meyarlarına cavab verir. Əlbəttə ki, gec-tez sülh müqaviləsi bağlanacaq. Biz buna tam əminik. Düşünürəm ki, bu sülh müqaviləsinin nəticələrinə görə Prezident İlham Əliyev Nobel Sülh Mükafatına namizəd olmağa layiq olacaq", - deyə Korotçenko bildirib.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm