
İrəvan hakimiyyəti möhlət şansını itirib
13:47 14.09.2024
Siyasət
594
Ermənistan tələbləri qeyd-şərtsiz yerinə yetirməlidir
"Ermənistanın sülh müqaviləsinin imzalanması ilə bağlı tələskənliyi təsadüfi deyil". Bu barədə AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib. Analitik vurğulayıb ki, Paşinyan hökumətini narahat edən əsas məqam Ermənistan sərhədlərinin, yəni 29 min kv.km ərazinin Bakı tərəfindən rəsmən tanınmasıdır:

"Paşinyan bir çox çıxışına Ermənistanın xəritəsi ilə çıxırdı və bəyan edirdi ki, hazırda əsas vəzifələri respublikanın mövcud sərhədlərini qorumaqdır. Çalışır ki, əldə olunmuş razılaşmalar çərçivəsində ilkin sənəd imzalansın və Ermənistan həm Azərbaycanla əlaqələr qursun, həm də regional əməkdaşlığa qoşulsun. Əslində, bu, bir növ Azərbaycanın əl-qolunu bağlamaq, Bakının Zəngəzur dəhlizi və Qərbi Azərbaycan iddialarından vaz keçməsinə cəhddir. İrəvanı tələsdirən amillər hazırda özlərini zəif hiss etdikləri məsələləri aradan qaldırmaq, mövqelərini gücləndirməkdir. Təbii ki, belə yanaşma Azərbaycanın maraqlarına cavab vermir. Rəsmi Bakı Ermənistan Konstitusiyasının dəyişdirilməsini haqlı olaraq tələb edir. Çünki Ermənistan Konstitusiyasında açıq-aşkar Qarabağa iddia var. Ermənistan qanunvericiliyində, Müstəqillik Aktında əksini tapmış ərazi iddiaları aradan qalxmadan Paşinyanın şifahi olaraq "biz Azərbaycan ərazilərini tanıyırıq" deməsi mənasızdır. Erməni baş nazirin sözü bizim üçün əhəmiyyətsizdir. Ona görə ki, dünən Paşinyan "Qarabağ Ermənistandır, nöqtə" deyirdi. İndi də deyir ki, "Qarabağ Azərbaycandır". Amma sabah başqa söz deyə bilər. Ona arxayın ola bilmərik".
Ekspertin sözlərinə görə, Ermənistanın sadəcə Azərbaycana deyil, Türkiyəyə də ərazi iddiaları var: "Erməni gerbində Ağrı dağının əksi var. Konstitusiyada Türkiyənin 6 vilayətinə iddia qalmaqdadır. İrəvan bunlar
dan imtina etməyənədək Bakı və Ankara ilə əlaqələrin qurulması, normal qonşuluq münasibətləri qeyri-mümkündür. Ermənistan tələbləri qeyd-şərtsiz yerinə yetirməlidir. İrəvan verilən vaxtdan da dügzün yararlanmır. Xatırlayırsızsa, Paşinyan hakimiyyətə yeni gələndə Azərbaycan dövlət başçısından vaxt istəmişdi ki, müəyyən işləri yoluna qoysun. Ancaq bir müddət sonra Azərbaycan ərazilərinə iddia etməyə başladı. İrəvan hakimiyyəti möhlət şansını itirib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət