
İrəvan-İstanbul aviareysi açılır? – ŞƏRH:“ Proseslər Azərbaycanın razılığı əsasında... ”
Yusif Nəzərli
12:24 16.12.2021
Siyasət
642
“Bunun üçün Ermənistan Azərbaycanın tarixi sərhədlərin və ərazi bütövlüyünü tanımalıdır, eləcə də ərazi iddialarından əl çəkilmədir. Bu məsələ mütləq şərt kimi irəli sürülür”
“Ankara, Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-İrəvan-İstanbul reysinin açılması üzrə müraciətlərini nəzərdən keçirir”. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu BƏƏ səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, müraciətlərə Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır:
“Prinsipcə Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə hansı şirkətlərin sözügedən marşrut üzrə uça biləcəyi müəyyənləşəcək”.

Mövzunu “Sherg.az” şərh edən analitik Rusif Məmmədsoy bildirib ki, bütün proseslər Azərbaycanın razılığı əsasında həyata keçiriləcək:
“Bu da təbiidir. Çünki Ankara-İrəvan arasında əlaqələr Azərbaycan ilə baş verən hadisələrə görə kəsilib. Nəticə etibarilə Ermənistan iqtisadi blokadaya düşüb və hansısa müsbət irəliləyiş əldə edə bilməyib. Ermənistanın baş naziri Nikol Paşinyanın dövründə müəyyən mənada canlanma müşahidə olunur. Ancaq onunla da bəzi məsələlərdə razılaşmalarımız baş tutmur. Bura Zəngəzur dəhlizi və digər məsələlər daxildir”.
Ekspert hesab edir ki, istənilən halda Türkiyə-Ermənistan arasında sərhədlərin açılması bir sıra məsələlərin artıq hazır olduğunu göstərir:
“Bu məsələr Türkiyənin şərtləri ilə əlaqəlidir. Rəsmi Ankarının ilkin şərti Ermənistanın mütləq şəkildə Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından vaz keçməsidir. Yəni rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinin imzalanmasına hazır olmalıdır”.
R.Məmmədsoy İrəvan-Bakı kommunikasiyasında yaşanan problemlərə də diqqət çəkib:
“Bu problem Zəngəzur dəhlizi ilə bağlıdır. Qarşımızda Zəngəzur dəhlizinin “dəhliz” adlanmasını istəməyən bir Ermənistan var. Təbii ki, ölkə başçısı alternativ olaraq bildirdi ki, əgər bu dəhliz yoxdursa, Laçın dəhlizi də olmayacaq. Bu da Ermənistan tərəfindən bir tərəfli qarşılanmadı”.
Ekspertin qənaətincə, Ankara-İrəvan arasında aviareyslərin bərpası üçün Ermənistan Azərbaycanın tarixi sərhədlərin və ərazi bütövlüyünü tanımalıdır, eləcə də ərazi iddialarından əl çəkilmədir.:
"Bu məsələ mütləq şərt kimi irəli sürülür”.
Çimnaz ŞAHLAR
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm