İrəvanda Mirzəyev qorxusu: Bakı nəyə hazırlaşır?
Yusif Nəzərli
05:45 16.01.2024
Siyasət
515
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, 44 günlük Vətən müharibəsində əfsanəyə çevrilən general-leytenant Hikmət Mirzəyevin Prezident İlham Əliyev tərəfindən müdafiə nazirin müavini təyin edilməsi Ermənistanda qorxuya səbəb olub.
Sherg.az Publika.az-a istinadən xəbər verir ki, ermənilərin qorxularının xüsusi təyinatlı qüvvələrimizin bütövlükdə Ermənistan üzərində yaratdığı xofdan qaynaqlandığı bəllidir.
Bunun fonunda XTQ komandanı general Hikmət Mirzəyevin müdafiə nazirinin müavini kimi Quru Qoşunlara da komandanlıq edəcəyi Ermənistanda Azərbaycanın “profilaktik zərbələrin endirilməsi” taktikasını aktuallaşdıracağına dair narahatlıq yaradıb.
Ermənistan hakimiyyətinə yaxınlığı ilə tanınan erməni şərhçi Vahram Atanesyan yazır ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində “təhlükə yaranacağı təqdirdə profilaktiv zərbələr endiriləcəyini” açıq şəkildə bəyan etdi.
“Bunun fonunda əsas diqqətçəkən məqam Hikmət Mirzəyevin təyinatından bir gün sonra Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin hərbi təlimlərinə dair görüntülərin yayılması idi. Təlimin məqsədi “şərti düşmənin müdafiə xəttini yarmaq və komanda məntəqəsini məhv etmək”dir. Bütün bunlar Azərbaycanın Əliyevin dediyi “profilaktiv zərbələrə” hazırlıq gördüyündən xəbər verir.
Proseslər göstərir ki, Azərbaycan və Ermənistan arasında irimiqyaslı müharibə olmayacaq, əvəzində sərhəd boyunca və ayrı-ayrı ərazilərdə gərginlik həmişə qalacaq. Bu ərazilərdən biri də Tavuş-Qazax sərhədidir. İlham Əliyev Qazax istiqamətində sərhədin delimitasiyasından danışdı və 4 kəndin qaytarılmasının (Qazaxın anklav olmayan 4 kəndi-red) vacibliyini vurğuladı. İstisna deyil ki, bu məsələdə razılaşma olmasa, rəsmi Bakı lazım olan bütün addımları atacaq”, - Atanesyan yazır.
Bu fikirlərin erməni şərhçinin iddiasında başqa bir şey olmadığı bəllidir. İstisna deyil ki, Atanesyan yaxın olduğu Paşinyan hakimiyyətinin tezisləri əsasında danışır. Lakin burada əsas diqqətçəkən məqam xüsusi təyinatlılarımızın ermənilərin üzərində yaratdığı kabusdur. Onlar hələ uzun illər Hikmət Mirzəyevin adını unutmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial