İtaliya-Azərbaycan əlaqələri: İnkişafda olan münasibətlər bir çox sahələri əhatə edir - AKTUAL
Fidan Həmişəyeva
08:51 21.02.2020
Siyasət
784
"Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çox mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu səfərlə bağlı biznes forumun keçirilməsi də nəzərdə tutulur". Bu sözləri Sherg.az-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya səfərini şərh edərkən deyib.
O bildirib ki, İtaliya və Azərbaycan arasında ümumiyyətlə, iqtisadi, siyasi və hətta hərbi baxımdan çox müsbət münasibətlər mövcuddur:
"Məlumdur ki, İtaliya ilə diplomatik əlaqələrimiz 1992-ci ildən başlayıb. Eyni zamanda İtaliyanın Azərbaycanda, Azərbaycanın isə İtaliyada səfirliyi təsis edilib. İqtisadi baxımdan çox böyük layihə olan TAP-ın istifadəyə verilməsi ilə İtaliya Azərbaycan üçün təkcə ticarət tərəfdaşı deyil, eyni zamanda Türkiyədən sonra təbii qazın ikinci ən böyük idxalçısına çevrilib. Həmçinin İtaliya şirkətlərinin Azərbaycanda mövqeləri möhkəmlənməkdədir. Bu istiqamətdə çox mühüm addımlar atılır. Eyni zamanda 2018-ci ildə məlumdur ki, İtaliyanın Prezidenti Azərbaycanda olmuş və Sumqayıta "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışın olub. Bundan başqa kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivi də çox inkişaf edən bir sahə kimi qeyd olunur. Məlum məsələdir ki, məhz Romada təşkil olunacaq şirkətlərin biznes forumu əsasən bu məsələlər ətrafında olacaqdır".
A.Nağıyev qeyd edib ki, İtaliya ilə bizim iqtisadi sahədə bərpa olunan enerji mənbələri, suyun və torpağın təmizlənməsi ilə əlaqədar ekoloji məsələlər üzrə ikili əlaqələrimiz mövcuddur və eyni zamanda memarlıq və inşaat sahəsində də əməkdaşlığımız var:
"Memarlıq və İnşaat Universitetində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması da çox müsbət bir hal kimi dəyərləndirilməlidir. Məlum məsələdir ki, Ələt Limanında İtaliya şirkətlərinin infrostrukturunun yaradılması ilə bağlı da çox mühüm işlər olub. Bunlar böyük iqtisadi məsələlərdir. Digər tərəfdən Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin möhkəmlənməsində İtaliya çox mühüm rol oynayan bir dövlətdir. İtaliya Azərbaycanın ərazi bütövlüyünün tanınmasında, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa İttifaqında bir nömrəli dəstəkçilərimizdəndir. Avropa bu gün enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycana çox güvənir. Azərbaycan bu istiqamətdə çox mühim addımlar atır. İtaliya da bir tərəfdaş kimi bunu dəyərləndirir. Bütün bu prosesləri nəzərə alsaq Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətləri hərtərəfli genişləndirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual