Bu gün – 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günüdür. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov bildirir ki, rəsmi məlumatlara görə hazırda: "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 4 004 nəfəri I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşmüşdür. 4 010 nəfərdən 3 228 nəfəri hərbçi, 782 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 288 nəfəri qadın, 319 nəfəri qocadır".
S.Məmmədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, BMT-nin Məcburi İtkin Düşmə Halları üzrə Komitəsinə Ermənistanın ikinci dövrü hesabatına alternativ hesabat hazırlayarkan, səndələrlə tanış olmaq lazım gəlir. Amma bu bir əzabdır:

- Oxumaq mümkün deyil. Ermənilər cavan qadının qucağından 3 aylıq körpəni zorla alırlar.... Başqa epizodda... nəsə yazmaq mümkün deyil. Sentyabr ayının 14-də Cenevrədə BMT-nin Məcburi İtkin Düşmə Hallarıı üzrə Komitəsinin 31-ci sessiyası başlayır. İlk hesabat verən dövlət Ermənistandır. Ermənistan öz hesabatıda girov və əsir götürərək yoxa çıxardığı insanlar haqqında bir cümlə belə yazmayıb. Əksinə, əlaltı QHT-si Azərbaycan tərəfindən erməni hərbiçilərinin əsir götürülərək itkin düşməsinə dair saxta hesabat hazırlayıb. Amma onları cavabsız qoymadıq bu dəfə də. Hesabatımız BMT-nin rəsmi veb səhifəsində Ermənistanın ikinci dövrü hesabatı ilə birgə yerləşdilib.
