Könül Nurullayeva:“Ermənistandakı tənəzzül daha da dərinləşəcək”
Fidan Həmişəyeva
04:53 04.05.2021
Siyasət
540
"Münaqişə dövründə Ermənistanda müşahidə olunan xaos və anarxiya bu gün də ən kəskin həddə çatıb. Bu gün faktiki bu ölkədə bütün sahələrdə ciddi tənəzzül müşahidə olunur, ölkədə gərgin mühit hökm sürür".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib. Onun sözlərinə görə, rəsmi məlumatlarda da qeyd olunduğu kimi, 1990-cı illərin əvvəlləri ilə müqayisədə əhalinin sayı xeyli azalıb:
"Ermənistan mətbuatında dərc olunan şərhlərdən də aydın olur ki, ölkədə iş yeri yoxdur, xüsusilə müharibədən sonra qazanc çox aşağı səviyyədədir. Vaxtı ilə Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayaraq, oradakı sərvətləri talayan Ermənistan 44 günlük Vətən Müharibəsindən sonra bu imkandan məhrum oldu.
İndi ölkə əhalisinin böyük hissəsi çıxış yolunu qazanc dalınca digər ölkələrə üz tutmaqda görür. Müharibənin tərəflərə təsirini araşdıran beynəlxalq jurnalistlərin təəsüratları da təsdiqləyr ki, İrəvandan kənar yaşayış məntəqələri əsl yoxsulluq nümunəsidir.
Ermənistan əhalisi gələcək üçün heç bir perspektiv görmür. Revanşist meyllər daxili auditoriyada da bədbin ab-hava yaradıb. Əhali müharibə və Azərbaycana qarşı yenidən ərazi iddialarının tərəfdarı deyil. Hərbi baxımdan daxili imkanalrı ilə bağlı reallığı dərk edən vətəndaşlar artıq övladlarını orduya göndərmək istəmirlər. Eyni zamanda müharibədə iştirak etmiş şəxslərə qarşı laqeyd münasibət gərginliyi bir qədər də artırır".
Xanım parlamentari diqqətə çatdırıb ki, Ermənistanda korrupsiya da geniş vüsət alıb:
"Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra korrupsiyanın səviyyəsi nisbətən aşağı ensə də, sonrakı dövrdə yenidən artmağa başlayıb. Görünən budur ki, Ermənistanın hazırda xilası bölgədə yeni yaranmış reallıqlardan yararlanmaq və revanşist meyllərdən əl çəkməkdən keçir.
Hakimiyyətə kimin gəlməsindn asılı olmayaraq, ilk növbədə sosial-iqtisadi böhrandan xilas olmağın yollarını axtarmalı və vəziyyəti düzgün qiymətləndirməlidi.
Çünki artıq ölkənin ictimai-siyasi sferasında da analyırlar ki, 44 günlük müharibədə bölgədə təklənən Ermənistana bundan sonra da əl uzadan və ya dəstək verən olmayacaq.
Dəstək verən olsa belə, bu, yalnız alət və forposta dəstək səviyyəsində olacaq ki, bu da əhalinin sosial problemlərinin həllinə zərrə qədər təsir etməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm