Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak edib
11:44 12.06.2025
Siyasət
366
İyunun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İslandiyanın paytaxtı Reykyavikdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin təşəbbüsü ilə keçirilən İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının açılış iclasında və ilk hibrid dinləməsində videobağlantı vasitəsilə iştirak və çıxış edib.
APA xəbər verir ki, Leyla Əliyeva çıxışı zamanı COP29-un ev sahibi Azərbaycanın bu sahədə atdığı addımlar, qazandığı təcrübə və həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. Bildirib ki, iqlim dəyişikliyi təkcə ekoloji deyil, eyni zamanda, ictimai sağlamlıq baxımından da ciddi qlobal çağırışlardan biridir. O, ölkəmizdə su ehtiyatlarının idarə olunması, ətraf mühitin mühafizəsi və iqlimə davamlılıq üzrə reallaşdırılan layihələrdən bəhs edib.
Leyla Əliyeva, həmçinin IDEA İctimai Birliyi tərəfindən irəli sürülən müxtəlif təşəbbüslərlə gənclərin iqlim və sağlamlıq mövzularında fəallığının artırılmasının vacibliyini qeyd edib və beynəlxalq təşkilatları bu istiqamətdə geniş əməkdaşlığa çağırıb.
Sonra tədbirdə çıxış edən ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge Azərbaycanın COP29 çərçivəsində göstərdiyi liderliyi və təşəbbüskarlığı yüksək qiymətləndirdiklərini bildirib. O vurğulayıb ki, Azərbaycan yalnız regionda deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə fəal mövqe tutur və nümunəvi yanaşmalar nümayiş etdirir. Hans Kluge, həmçinin iqlim dəyişikliyi və ictimai sağlamlıq sahələrində həyata keçirilən layihələrə verdiyi töhfələrə görə Leyla Əliyevaya təşəkkürünü ifadə edib.
Qeyd edək ki, ÜST-ün Avropa üzrə Regional Ofisi tərəfindən yaradılan İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının məqsədi iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini diqqət mərkəzinə gətirmək, sahələrarası əməkdaşlığı gücləndirmək və bu istiqamətdə konkret fəaliyyət mexanizmləri formalaşdırmaqdır. Reykyavikdə keçirilən rəsmi açılış iclası ilə Komissiya öz fəaliyyətinə rəsmən start verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə