
Millət vəkili: "Qalib Prezidentin dünya birliyinə müraciətini dinlədik"
11:00 26.09.2025
Siyasət
690
"Prezidentin çağırışları, mesajları bütövlükdə dünyada ədalətin bərpasına xidmət edir"
"Dövlət başçısı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, qabaqlayıcı tədbirlər alınmasa, regionu ciddi ekoloji, iqtisadi, sosial fəlakətlər gözləyir.
"Bu məsələ digər Xəzəryanı ölkələr tərəfindən də qaldırılmalıdır"
"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı, əvvəlki çıxışlarından məzmun baxımdan fərqli idi".
Bunu "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib.
Millət vəkili vurğulayıb ki, biz BMT-də ilk növbədə, cəbhədə və diplomatiyada qalib gəlmiş Prezidentin, qələbəyə aparan yolu göstərən dövlət başçısının dünya birliyinə müraciətini dinlədik:

"Cənab Prezident Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, fəsadları, BMT TŞ-nın qətnamələrinin icra edilməməsi, ATƏT-in Minsk qrupunun məqsədyönlü fəaliyyətsizliyi, qurumun ləğvi, ABŞ-nin vasitəçiliyi ilə əldə olunan sülh razılaşmaları, Zəngəzur dəhluzinin açılması istiqamətində görülən işlər, Orta Dəhlizin əhəmiyyəti, COP-29, qlobal iqlim dəyişiklikləri, Amerika-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması və digər regional məsələlər barədə ətraflı məlumat verdi. Xüsusilə diqqət çəkən iki məqamı qeyd etmək istərdim.
Birincisi, qeyd olundu ki, işğal altında olan torpaqların azad olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, BMT-nin 51-ci maddəsinə, beynəlxalq humanitar hüququn tələblərinə uyğun aparılıb. Hesab edirəm ki, bu amil separatçılıqdan və ikili standartlardan əziyyət çəkən, əraziləri işğala məruz qalmış ölkələr üçün olduqca müsbət presedent yaradır".
Parlament üzvü vurğulayıb ki, dövlət başçısının gündəmə gətirdiyi digər mühüm məqam Xəzər dənizinin ekologiyası ilə bağlıdır:
"Dövlət başçımız Xəzər dənizində baş verən proseslərin iqlim dəyişiklikləri ilə əlaqəli olmadığını xüsusi vurğuladı. Bununla da, ən mötəbər kürsüdən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, qabaqlayıcı tədbirlər alınmasa, regionu ciddi ekoloji, iqtisadi, sosial fəlakətlər gözləyir. Bu tipli məsələlər, heç bir bir dövlətin inhisarında olmamalıdır. Hesab edirəm ki, bu məsələ digər Xəzəryanı ölkələr tərəfindən də qaldırılmalıdır. Əfsuslar olsun ki, hələlik biz bunu görmürük.
Ümumilikdə, Prezident İlham Əliyevin çıxışındakı çağırışlar, mesajlar tək Azərbaycan xalqının deyil, bütövlükdə dünyada haqqın, ədalətin bərpasına xidmət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət