Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Sherg.az-ın məlumatına görə, növbədənkənar sessiyaya parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub.

Milli Məclis sədrinin Birinci müavini Əli Əhmədov sessiyanı bağlı elan edib.

İclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.