Minsk qrupu "ofsaytda" qaldı: “Sıradan çıxıb, amma biz...”
Yusif Nəzərli
15:11 21.04.2022
Siyasət
722
“Hələ bir müddət bu istiqamətdə mübarizəni davam etdirməliyik”
“Hamımız birlikdə əlimizdən gələni etməliyik ki, Qarabağ məsələsi gündəlikdən çıxsın”
44 günlük Vətən müharibəsindən sonra bütün dünya ölkələri və təşkilatları artıq Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğu həqiqətini anlamağa başlayır.
1992-ci ildə yaradılan və əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etmək olan Minsk qrupu 30 il ərzində heç bir nəticə verməyib. Artıq münaqişə bitdikdən sonra bu qrup öz təsirini itirib. Yazılarda “Minsk qrupu” və “həmsədrlər” ifadələrinin işlədilməməsi diqqət çəkir.
Görüşlərdə də nümayəndələr özlərini fərqli statusda təqdim edirlər. Rusiya XİN rəhbəri məsələ ilə bağlı rəhbərlik etdiyi qurumun nümayəndəsi olduğunu bildiib.
Artıq “Dağlıq Qarabağ” bölgəsi, “Dağlıq Qarabağ münaqişəsi” olmadığı kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri də yoxdur. De-fakto onlar özlərini buraxıblar – ABŞ nümayəndəsi, Rusiya təmsilçisi artıq özlərini “həmsədr” kimi təqdim etmirlər. Fransa da öz nümayəndəsinin səfəri ilə bağlı Azərbaycan tərəfinə təqdim etdiyi müraciətdə “həmsədr” ifadəsini işlətməyib.
ATƏT-in Misnk qrupunun öz təsirini itirməsi ilə bağlı “Sherg.az” danışan Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib ki, həmsədrlərin adı dəyişilsə də, mahiyyət eyni qalıb:
“Minsk qrupu 30 il ərzində Azərbaycana 7-dən artıq təklif verdi. Lakin bunların heç biri bizim maraqlarımıza cavab vermirdi. Düzdür, bəzilərini qəbul etmişdik. Ancaq Minsk qrupunun təhlükəliliyi onun adı ilə bağlı deyil, onun rəhbərliyində olan dövlətlərin, ilk növbədə ABŞ və Fransanın tutduğu ermənipərəst mövqe ilə bağlıdır. Təsadafi deyil ki, Paşinyan dəfələrlə, xüsusilə Soçidə açq şəkildə Rusiyanın vasitəçiliyinə etiraz etdi və Minsk qrupunun vasitəçi olmasını istədiyini bəyan etdi. Baxmayaraq ki, Azərbaycan prezidenti Rusiyanın vasitəçiliyini istəyirdi, çünki orada həm də Tükiyə var. İndi Minsk qrupunun həmsədrlərinin vəzifələrinin adı dəyişilib və onlar Rusiyada Rusiya prezidentinin şəxsi nümayəndəsi, ABŞ-da müşavir adlandırıblar. Ancaq mahiyyət dəyişməyib. ABŞ və Fransa Ermənistana dəstək verməyə davam edirlər. Nəyin bahasına olursa, olsun “Dağlıq Qarabağ”a stastus almağa çalışırlar”.
A.Səmədovun qənaətincə, təhlükə hələ bitməyib:
“Keçən ilin fevral ayında bir “Deyton Sazişi” adlı təklif də ortaya atmışdılar. Amma bu bizim üçün qətiyyən qəbul olunmaz idi. Təhlükələr hələ də qalır. Minsk qrupunun sıradan çıxması mübarizəni aradan qaldırmır. Azərbaycan hələ bir müddət bu istiqamətdə mübarizəsini davam etdirməlidir və hamımız birlikdə əlimizdən gələni etməliyik ki, Qarabağ məsələsi gündəlikdən çıxsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq