
Minsk qrupunun inadkarlığı keçmişdə qaldı:Fəaliyyət istiqamətini dəyişməlidir!
Yusif Nəzərli
16:12 16.12.2021
Siyasət
2024
“Onun kömək edə biləcəyi əsas məsələlər sərhədlərin delimitasiya və demarikasiyası, məcburi köçkünlərin Qarabağa, Xankəndi və ətraf ərazilərə qayıtmasıdır”
“Bu ərazilərdəki qondarma rejimin tabeliyində olan terrorçu qruplaşmalar çıxarılmalı, BMT-nin qətnamələrinə, Avropa İttifaqı və Avropa Şurasının vaxtilə qəbul etdiyi qərarlara uyğun olaraq Minsk qrupu da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz fəaliyyətini tənzimləməlidir”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Sammitində çıxış edib. Ölkəmizin başçısı Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Ermənistanın baş naziri ilə arasında 5 saata yaxın davam edən müzakirələrin konstruktiv mühitdə keçdiyini bildirib. Azərbaycan liderinin çıxışı zamanı toxunduğu mövzulardan biri də ATƏT-in Minsk qrupunun fəaliyyəti olub. Prezident Minsk qrupunun roluna diqqət çəkərək 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticənin hasil olmadığını və Azərbaycanın ATƏT-in Minsk qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini söyləyib. Eyni zamanda bu xüsusda rəsmi Bakının, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması,etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə biləcəyini deyib.
Maraqlıdır, istər müharibə dövründə, istərsə də ondan sonrakı dönəmdə öz “fəaliyyəti” ilə “parlaq performans” sərgiləyən Minsk qrupu bu çağırışa necə cavab verəcək?

Mövzunu “Sherg.az” a dəyərləndirən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli bildirib ki, Avropa İttifaqının Sammitində, eləcə də üçtərəfli görüşlərdə Minsk qrupu haqqında qətiyyən danışılmayıb:
“Aİ üçün Minsk qrupu böyük önəm kəsb etmir. Əvvəlki illərdə isə o Minsk qrupunu daim diqqətdə saxlayırdı. Amma bu dəfə proseslər artıq Azərbaycanın təsiri ilə elə dəyişdi ki, Minsk qrupunun fəaliyyəti bütünlükdə diqqət mərkəzindən uzaqlaşdırıldı. Ölkə başçısı Sammitdəki çıxışında Minsk qrupunun fəaliyyət istiqamətini dəyişdirib ənənəvi fəaliyyətdən kənara çıxmalı olduğunu dedi. Çünki artıq status məsələsi, Minsk qrupunun əvvəlki inadkarlıqla tərəflər arasındakı məsələni çözmək istəyi və s. bunlar hamısı keçmişdə qaldı.Bu baxımdan əgər beynəlxalq təşkilat olaraq ATƏT öz nüfuzunu saxlamaq və Minsk qrupunun fəaliyyətini gündəmə gətirmək istəyirsə, mövcud reallığı nəzərə alıb, post-müharibə dövrünün gerçəkliyi nəzərdən keçirməlidir. Hər iki tərəfi ilk növbədə də Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq maraqlarını diqqətə alıb öz fəaliyyətini yenidən qurmalıdır”.
S.Məmmədli Minsk qrupunun bundan sonrakı fəaliyyətini necə qurmalı olduğuna diqqət çəkib:
“Bu o deməkdir ki, o ilk növbədə BMT-nin vaxtilə qəbul etdiyi dörd qətnamədə xüsusi vurğulanan maddələrin üzərində öz fəaliyyətini akivləşdirməlidir. Maddələrdə Azərbaycan ərazisindən erməni silahlı birləşmələri çıxarılmalı olduğu xüsusi vurğulanıb. Eləcə də Azərbaycan ərazisində yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşlar öz doğma yurduna qayıtmalıdır. Bu prosessə Azərbaycanın və region ölkələrinin ərazi bütövlüyü çərçivəsində baş verməlidir. Artıq bəzi Avropa liderlərinin Minsk qrupunun dirçəlməsinə təsir etmək imkanları məhdudlaşıb. Onun fəaliyyəti demək olar ki, donub. Bütün bunları nəzərə alaraq o öz fəaliyyətini Azərbaycanın irəli sürdüyü şərtləri nəzərə alıb,həqiqi, yeni dünya düzəninə, Cənubi Qafqazda baş verən hadisələrə uyğun qurmalıdır”.
Professor ATƏT-in Minsk qrupununun ölkə başçısının da dediyi kimi bundan sonrakı fəaliyyətində Ermənistan-Azərbaycan münasibətlərinə yardım edə biləcəyi istiqamətlərə toxunub:
“Onun kömək edə biləcəyi əsas məsələlər sərhədlərin delimitasiya və demarikasiyası, məcburi köçkünlərin Qarabağa, Xankəndi və ətraf ərazilərə qayıtmasıdır.Bu ərazilərdəki qondarma rejimin tabeliyində olan terrorçu qruplaşmalar çıxarılmalı, real obyektiv beynəlxalq hüquq normalarına, BMT-nin qətnamələrinə, Avropa İttifaqı və Avropa Şurasının vaxtilə qəbul etdiyi qərarlara uyğun olaraq Minsk qrupu da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz fəaliyyətini tənzimləməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm