Müdafiə nazirinin istefasının səbəbləri var
Yusif Nəzərli
09:18 04.11.2021
Siyasət
998
Samir Hümbətov: "Ukrayna ordusunun 40 faizi Rusiya meyillidir"
Ukraynanın Müdafiə naziri Andrey Taran istefa verib. Bunu hökumətin Ali Radadakı sözçüsü Taras Melniçuk öz teleqram kanalında yazıb. Taran istefa ərizəsini Radaya təqdim edib. Qeyd edək ki, Andrey Taran 2020-ci il martın 4-dən müdafiə naziri vəzifəsində çalışır. Bundan öncə Ali Radadakı "Xalqın qulluqçusu" fraksiyasının rəhbəri David Araxamia Taranın səhhətindən şikayəti olduğu və bununla bağlı nazirliyə başqa şəxsin rəhbərlik edə biləcəyini bildirib.
Donbasda Rusiyaya qarşı Ukraynanın hərbi əməliyyatlar apardığı bir vaxtda müdafiə nazirinin istefasının arxasında hər hansısa siyasi səbəb dura bilərmi?
Mövzunu “Şərq”ə şərh edən politoloq Samir Hümbətov bunun gözlənilən addım olduğunu bildirib:
“Çünki Rusiya Müdafiə Nazirliyinin heyətində olan generalların əksəriyyəti xaxol, yəni Ukrayna əsillidir. Rusiyanın Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçilərinə, zabitlərinə mümkün təsirlərini də nəzərə almaq lazımdır. Hazırda Ukraynada hakimiyyətlə ordu arasında Rusiyaya qarşı müharibəyə başlayıb-başlamamaq mövzusunda fikir ayrılığı hökm sürür.
Bir tərəfdə qərbin dəstək verdiyi hökumət, digər tərəfdə isə Rusiya ilə daha sıx əlaqədə olan Müdafiə Nazirliyinin hərbi heyəti dayanır. Bildiyimiz kimi 2014-cü ildə də Krım ilhaq olundu. Ukraynanın Donbas, Luqansk, Donetsk əraziləri Rusiyanın vasitəsilə əldən getdi. Çünki ordu pərakəndə idi. Eyni zamanda ordunun qırx faizə qədəri Rusiya yönümlü idi. Bu səbəbdən həmin ərazilər itirildi”. Hazırda Ukrayna Müdafiə Nazirliyində əksəriyyətin Rusiya meyilli qüvvələr olduğunu vurğulayan politoloq əlavə edib: “Görünür ki, mümkün müharibə senarisi gözdən keçirilib. Müharibəyə başlama ehtimalı yuxarı olduğundan müdafiə naziri bu məsuliyyəti üstündən atmaq üçün ən yaxşı halda istefa verib getməli olduğunu düşünüb.
Fikrimcə, məsələ burdan qaynaqlanıb. Müdafiə nazirinin səhhətində problem olması bəhanə xarakteri daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə