NATO-nun qalacağı qəti deyil - Yens Stoltenberq

Norveçin maliyyə naziri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberq hesab edir ki, yaxın gələcəkdə alyans mövcudluğunu dayandıra bilər. Sherg.az xəbər verir ki, o, bu barədə Danimarkanın TV2 telekanalına müsahibəsində danışıb.

“Bu, təbiət qanunu deyil ki, NATO həmişə mövcud olacaq. Yaxın on ildə NATO-nun qalacağı da qəti deyil”, — deyə o bildirib.

Stoltenberq xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp hələ ilk prezidentliyi dövründə NATO-dan çıxmaqla hədələyirdi.

Bundan əvvəl Tramp bildirib ki, Şimali Atlantika alyansı müttəfiqlərinə İran əleyhinə əməliyyatda iştirak təklifi “bir sınaq” olub və bununla da qurumun zəifliyinə işarə edib. Bu fonda o, tərəfdaşlarını Vaşinqtonu dəstəkləməkdən imtina etməkdə günahlandıraraq, ABŞ-nin blokdan çıxması ehtimalını yenidən gündəmə gətirib. Ekspertlər artıq bu cür bəyanatları Moskva üçün “hədiyyə” kimi qiymətləndirirlər.

Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev isə hesab edir ki, NATO-nun hazırkı baş katibi Mark Rutte alyansı qorumağa qadir deyil.